Skip to content
2 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 803)
  • Dünya (3. 161)
  • Gündəm (11. 006)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri ABŞ səfəri ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciəti təqdim edirik: “Möhtərəm cənab Prezident. Cənabınızı
Cavidan 12 Avqust, 2025

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciəti təqdim edirik:

“Möhtərəm cənab Prezident.

Cənabınızı salamlamaqdan, səmimi arzu və xeyir-dualarımızı Sizə yetirməkdən şərəf duyuruq.

Zati-aliləri, “Konstitusiya və Suverenlik İli” elan etdiyiniz 2025-ci ildə – Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığınız misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını Cənabınıza ifadə etməkdən böyük şərəf duyuruq. Sizin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulunuz zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onun tarixi əhəmiyyətini müəyyən edir.

Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz beynəlxalq müstəvidə Qələbəmizin manifestini dünyanın bir nömrəli siyasi ofisində bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Haqq-ədalət öz yerini tutdu, Azərbaycana qarşı qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sizin iştirakınızla nümayişkaranə şəkildə aradan qaldırılması Zati-alinizə olan ehtiram və etimadın təcəssümü, Sizin şəxsinizdə Azərbaycan dövlətinə edilən mühüm jest oldu. Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığın təməlinin qoyulması ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsi, siyasi, iqtisadi qüdrətinin artması yönündə həlledici amil olub, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

Möhtərəm cənab Prezident, Siz Azərbaycan xalqına dünyamiqyaslı daha bir Zəfər bəxş etdiniz, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə nail oldunuz. Uca Allah müqəddəs kitab olan “Qurani-Kərim”də buyurur: “Həqiqətən biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik”. (Fəth surəsi, 1). Uca Allah hər zaman Zati-alinizi zirvədə qərar versin!

Zati-aliləri, biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri hər zaman fəxr hissi duyuruq ki, Sizin beynəlxalq müstəvidə insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz, yüksəksəviyyəli dövlət-din münasibətləri sayəsində Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model kimi təqdir olunur. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir. Azərbaycanın dövlət başçısı olaraq hər zaman bölgədə sülh, əmin-amanlıq, iqtisadi tərəqqi və əməkdaşlıq ideyalarına sadiqliyiniz, bu istiqamətdə dəyərli səyləriniz, mükəmməl siyasi xəttiniz öz bəhrəsini verir. Əmin ola bilərsiniz, Azərbaycanın din xadimləri, bütün dindarlar hər zaman Zati-alinizin yanındadırlar, Sizin müdrik daxili və xarici siyasətinizi dəstəkləyirlər və duaları həmişə Sizinlədir.

Zati-aliləri, Azərbaycan üçün daha bir misilsiz qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən Öndərimizin, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər Liderimizin səy və əməllərinə Ulu Rəbbimizdən rəvac diləyirik. Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri

ALEKSİY
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan yepiskopu

Yepiskop Vladimir FEKETE
Roma Katolik Kilsəsinin
Azərbaycandakı Apostol prefekturasının ordinarisi

Milix YEVDAYEV
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr ŞAROVSKİ
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert MOBİLİ
Alban-udi Xristian Dini İcmasının sədri

Zamir İSAYEV
Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri”.

Continue Reading

Previous: Fransa XİN: Alyaskadakı sammit atəşkəs və danışıqların başlanmasına gətirib çıxarmalıdır
Next: Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib

Bölmənin digər xəbərləri

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər
  • Cəmiyyət

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

2 Fevral, 2026
Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq
  • Cəmiyyət

Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq

2 Fevral, 2026
ABŞ İrandan nə istəyir? – Xamenei AÇIQLADI
  • Cəmiyyət

ABŞ İrandan nə istəyir? – Xamenei AÇIQLADI

2 Fevral, 2026

Top 7 Xəbər

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər 1

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

2 Fevral, 2026
Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq 2

Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq

2 Fevral, 2026
ABŞ İrandan nə istəyir? – Xamenei AÇIQLADI 3

ABŞ İrandan nə istəyir? – Xamenei AÇIQLADI

2 Fevral, 2026
Gənclərimiz öz uğurları xalqımızı daim sevindirəcək 4

Gənclərimiz öz uğurları xalqımızı daim sevindirəcək

2 Fevral, 2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib 5

Prezident Gənclər Günü münasibətilə paylaşım edib

2 Fevral, 2026
Məktəblərdə qış tətili başa çatdı 6

Məktəblərdə qış tətili başa çatdı

2 Fevral, 2026
Əziz gənclər, bayramınız mübarək! 7

Əziz gənclər, bayramınız mübarək!

2 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 803)
  • Dünya (3. 161)
  • Gündəm (11. 006)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8803) Dünya (3161) Gündəm (11006) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (332) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər 2 Fevral, 2026
  • Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq 2 Fevral, 2026
  • ABŞ İrandan nə istəyir? – Xamenei AÇIQLADI 2 Fevral, 2026
  • Gənclərimiz öz uğurları xalqımızı daim sevindirəcək 2 Fevral, 2026
  • Prezident Gənclər Günü münasibətilə paylaşım edib 2 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.