Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Qəzza tam ələ keçiriləcək! – Netanyahu TƏSDİQLƏDİ
  • Cəmiyyət
  • Gündəm

Qəzza tam ələ keçiriləcək! – Netanyahu TƏSDİQLƏDİ

İsrail hökumətinin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahunun HƏMAS-ın tamamilə məhv edilməsinə yönəlmiş planını təsdiqləyib. Bu barədə məlumatı
Cavidan 8 Avqust, 2025
1754639196_netanyahu

İsrail hökumətinin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahunun HƏMAS-ın tamamilə məhv edilməsinə yönəlmiş planını təsdiqləyib.

Bu barədə məlumatı İsrail hökuməti yayıb.

Rəsmi məlumata görə, İsrail Müdafiə Qüvvələri yaxın vaxtlarda Qəzza zolağında təhlükəsizlik nəzarəti qurmağa hazırlaşır.

Baş nazirin ofisindən yayılan açıqlamada qeyd olunur ki, hərbi əməliyyatlar zamanı mülki şəxslərin müdafiəsi üçün döyüş bölgəsindən kənarda humanitar yardım göstəriləcək.

Netanyahunun təqdim etdiyi münaqişənin mərhələli həlli planı aşağıdakı bəndləri əhatə edir:

  • HƏMAS-ın tam şəkildə silahsızlaşdırılması;
  • Girovların və həlak olanların cəsədlərinin qaytarılması;
  • Qəzzanın demilitarizasiyası;
  • İsrailin bölgədə uzunmüddətli təhlükəsizlik nəzarətinin qurulması;
  • HƏMAS və ya Fələstin Muxtariyyəti ilə əlaqəsi olmayan alternativ mülki rəhbərliyin formalaşdırılması.

Bununla belə, “The Washington Post”un mənbələrinə əsasən, İsrail ordusunun rəhbərliyi, xüsusilə Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzzanın tam ələ keçirilməsinə qarşı çıxıb. O, sadəcə HƏMAS-a zərbələr endirilməsini və bölgənin mühasirəyə alınaraq təzyiq göstərilməsini daha uyğun addım kimi qiymətləndirib.

Lakin Netanyahu 7 avqustda verdiyi bəyanatda israr edib ki, ərazinin hərbi nəzarətə götürülməsi İsrailin təhlükəsizliyi üçün zəruridir. O, bu addımın HƏMAS-ı tamamilə sıxışdırmaq və bölgəni sonradan mülki idarəyə təhvil vermək üçün vacib olduğunu bildirib.

İsrailin bu addımı beynəlxalq arenada müxtəlif reaksiyalar doğurub. Planın tətbiqi, xüsusilə “alternativ mülki rəhbərlik” məsələsi, gələcəkdə Qəzzanın siyasi gələcəyinə dair mühüm suallar doğurur. Gözlənilir ki, bu istiqamətdə həm regional, həm də beynəlxalq güclər arasında ciddi diplomatik mübarizə baş verəcək.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Mühit mən istədiyim kimi deyil – 77 yaşlı Rasim Balayev
Next: Həmin uşaq 25 yaşına qədər metrodan pulsuz İSTİFADƏ EDƏCƏK

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 165056
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.