Skip to content
29 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 323)
  • Dünya (3. 344)
  • Gündəm (11. 674)
  • İdman (646)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci
Cavidan 1 Avqust, 2025

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib.

Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək prinsipial mövqeyini göstərib.

1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir.

H.Əliyev 2001-ci il iyulun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar imzalayıb. 2003-cü il yanvarın 2-də isə Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar imzalanıb.

Prezident “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edib.

Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Dövlət başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilinin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.

Continue Reading

Previous: Çoxuşaqlı analarla bağlı AÇIQLAMA
Next: Sabahın hava proqnozu açıqlanıb

Bölmənin digər xəbərləri

Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq
  • Cəmiyyət

Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq

28 Aprel, 2026
Ukrayna İsrailə etiraz notası təqdim edib
  • Cəmiyyət

Ukrayna İsrailə etiraz notası təqdim edib

28 Aprel, 2026
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
  • Cəmiyyət

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

28 Aprel, 2026

Top 7 Xəbər

Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq 1

Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq

28 Aprel, 2026
Moskvada güclü yanğın – 8 ölü 2

Moskvada güclü yanğın – 8 ölü

28 Aprel, 2026
Ukrayna İsrailə etiraz notası təqdim edib 3

Ukrayna İsrailə etiraz notası təqdim edib

28 Aprel, 2026
“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL 4

“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

28 Aprel, 2026
Ukraynada hərbi vəziyyət rejimi uzadılıb 5

Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

28 Aprel, 2026
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlanıb 6

“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlanıb

28 Aprel, 2026
Prezident bir qrup sahibkarı təltif edib 7

Prezident bir qrup sahibkarı təltif edib

28 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 323)
  • Dünya (3. 344)
  • Gündəm (11. 674)
  • İdman (646)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9323) Dünya (3344) Gündəm (11674) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (346) Siyasət (2986) Texnologiya (14) İdman (646) İqtisadiyyat (589)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq 28 Aprel, 2026
  • Moskvada güclü yanğın – 8 ölü 28 Aprel, 2026
  • Ukrayna İsrailə etiraz notası təqdim edib 28 Aprel, 2026
  • “Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL 28 Aprel, 2026
  • Ukraynada hərbi vəziyyət rejimi uzadılıb 28 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.