Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 341)
  • Dünya (3. 347)
  • Gündəm (11. 693)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Unun qiymətini bu qədər artırmaq olmaz” – Vahid Əhmədov etiraz etdi

“Unun qiyməti 9-10 manat qalxıb. Bu, ciddi artımdır. Hökumət həmişə çörəyin, un məmulatlarının qiyməti qalxmasın deyə, dövlət büdcəsindən
Cavidan 4 Yanvar, 2022

“Unun qiyməti 9-10 manat qalxıb. Bu, ciddi artımdır. Hökumət həmişə çörəyin, un məmulatlarının qiyməti qalxmasın deyə, dövlət büdcəsindən dotasiya verib. Çörəyin, unun qiyməti aşağı səviyyədə saxlanılıb”.

Bunu “Unikal”a açıqlamasında deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, unun qiymətini birdən-birə bu qədər artırmaq olmaz:

“Bu qiymət artımı tək çörəklə bağlı deyil. Un məmulatları var ki, onlardan kifayət qədər istifadə olunur. Belə artım gözlənilən deyildi. Belə artımlar varsa, hökumət unun qiymətini stabil saxlamaq üçün dövlət büdcəsindən dotasiya ayırmalıdır. Ehtiyat kifayət qədərdir. Biz insanların əmək haqqını, pensiyasını və müavinətini 20-40 manat artırmışıqsa, bir-birdən belə qiymət artımı problemlər yarada bilər. Bunun qarşısını almaq lazımdır”.

Deputat bildirib ki, həm bayramdan əvvəl, həm də bayramdan sonra obyektiv qiymət artımı ilə yanaşı, bəzi sahibkarlar subyektiv qiymət artımı edirlər:

“Bunun da qarşısı alınmalıdır. 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı qiymət artımı ilə bağlı Baş nazirə müraciət etdik. Bildirdik ki, qiymət məsələsilə ciddi məşğul olmaq lazımdır. Qeyd olundu ki, bununla bağlı müəyyən tədbirlər həyata keçirilir. İndi unun qiymətinin bu qədər artması, qəbul edilən deyil. Ola bilər ki, əhalinin sosial vəziyyətində problemlər yaratsın. Təklif edirəm ki, unun qiymətinə dotasiya verilsin və əvvəlki qiymətində saxlanılsın”.

V.Əhmədov vurğulayıb ki, bayramqabağı bütün məhsullarda süni qiymət artımı var idi:

“Qiymət artımı ciddi problemdir. Xaricdən taxıl və digər məhsullar ixrac edirik. Başa düşürəm ki, xaricdə də böyük ərzaq qıtlığı var. Taxılın və digər məhsulların qiyməti artıb. Çalışmaq lazımdır ki, öz ölkəndə istehsal edəsən və ya ehtiyatın olsun ki, bazarı müəyyən qədər tənzimləyə biləsən. Subyektiv qiymət artımlarına gəlincə isə, hökumət bunun qarşısını almalı, tədbirlər görməlidir”.

Continue Reading

Previous: Azərbaycanda DƏHŞƏT: Qadın ərini baltaladı
Next: Bir sutkada nə qədər adam yoluxub?

Bölmənin digər xəbərləri

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
  • Cəmiyyət

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

30 Aprel, 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
  • Cəmiyyət

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026
“İqlim haqqında” qanun layihəsi hazırlanıb
  • Cəmiyyət

“İqlim haqqında” qanun layihəsi hazırlanıb

30 Aprel, 2026

Top 7 Xəbər

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 1

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

30 Aprel, 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 2

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 3

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“İqlim haqqında” qanun layihəsi hazırlanıb 4

“İqlim haqqında” qanun layihəsi hazırlanıb

30 Aprel, 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 5

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO

30 Aprel, 2026
Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı 6

Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı

30 Aprel, 2026
I sinfə qəbul başlayır 7

I sinfə qəbul başlayır

30 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 341)
  • Dünya (3. 347)
  • Gündəm (11. 693)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9341) Dünya (3347) Gündəm (11693) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 30 Aprel, 2026
  • Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 30 Aprel, 2026
  • Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 30 Aprel, 2026
  • “İqlim haqqında” qanun layihəsi hazırlanıb 30 Aprel, 2026
  • Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb – FOTO 30 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.