Skip to content
27 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib
  • Cəmiyyət

Nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib

Azərbaycanda müşahidə olunan isti və quru hava şəraiti ilə əlaqədar istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutan
Cavidan 26 İyul, 2025
83d1aa37-55ca-38ed-b188-232027019e7b_850

Azərbaycanda müşahidə olunan isti və quru hava şəraiti ilə əlaqədar istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə və açıq sahələrdə yanğınların baş vermə riskini xeyli artırır.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraicətində qeyd edilib.

Qeyd edilib ki, FHN tərəfindən meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənir:

“Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətraf mühit və son nəticədə cəmiyyət üçün ağır fəsadlarla nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən meşə sahələrinə yaxın ərazilərdə yaşayan, təbiət qoynunda istirahətə yollanan vətəndaşlara bir daha müraciət edərək onları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır”.

Bildirilib ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ərazinin yanğına qarşı vəziyyəti qiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir.

Küləkli havada tonqal qalamaq qadağandır. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.

Post navigation

Previous: Kamboca Müdafiə Nazirliyi: Tailand ölkənin dərinliklərinə hücumu genişləndirir
Next: Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

Bölmənin digər xəbərləri

1787750000_1787232620_ v
  • Cəmiyyət

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

Cavidan 27 Avqust, 2026
VEfF8cXPypEzG v
  • Cəmiyyət

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Cavidan 26 Avqust, 2026
FqWCIPWaOdT2NRSa2gX3 v
  • Cəmiyyət

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Cavidan 26 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 010)
  • Dünya (1. 030)
  • Gündəm (3. 317)
  • İdman (223)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr 1787750000_1787232620_ v 1
  • Cəmiyyət

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

27 Avqust, 2026
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir 7XG5IZLS556Xg v 2
  • Dünya

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

26 Avqust, 2026
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VEfF8cXPypEzG v 3
  • Cəmiyyət

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

26 Avqust, 2026
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb FqWCIPWaOdT2NRSa2gX3 v 4
  • Cəmiyyət

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

26 Avqust, 2026
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib 18 5
  • Cəmiyyət

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3010) Dünya (1030) Gündəm (3317) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (223) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.