Skip to content
6 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Prezident Ağdamın Qiyaslı kəndində tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib
  • Cəmiyyət
  • Gündəm

Prezident Ağdamın Qiyaslı kəndində tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak
Cavidan 18 İyul, 2025
687a1091705c1687a1091705c21752830097687a1091705bf687a1091705c0 — копия

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Xatırladaq ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.

Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb.

Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi. Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib. Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlər təmizlənib. Məscidin ətrafında köməkçi tikililər inşa olunub. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.

Post navigation

Previous: İnternet modemlərin Azərbaycana buraxılmaması istiqamətində danışıqlar aparılır
Next: Zelenski və Makron raketlərin tədarükünü müzakirə ediblər

Bölmənin digər xəbərləri

TYCT5XlD v
  • Cəmiyyət

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Cavidan 5 Sentyabr, 2026
Снимок экрана 2026-09-05 154218
  • Cəmiyyət

Fransanın Ermənistandakı səfiri dəyişib

Cavidan 5 Sentyabr, 2026
Снимок экрана 2026-09-05 145230
  • Cəmiyyət

Rusiya Donetskdə bir kəndi ələ keçirib

Cavidan 5 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 080)
  • Dünya (1. 050)
  • Gündəm (3. 349)
  • İdman (232)
  • İqtisadiyyat (158)
  • Kateqoriyasızlar (203)
  • Kriminal (280)
  • Mədəniyyət (94)
  • Siyasət (409)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb TYCT5XlD v 1
  • Cəmiyyət

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

5 Sentyabr, 2026
Fransanın Ermənistandakı səfiri dəyişib Снимок экрана 2026-09-05 154218 2
  • Cəmiyyət

Fransanın Ermənistandakı səfiri dəyişib

5 Sentyabr, 2026
Rusiya Donetskdə bir kəndi ələ keçirib Снимок экрана 2026-09-05 145230 3
  • Cəmiyyət

Rusiya Donetskdə bir kəndi ələ keçirib

5 Sentyabr, 2026
“Sabah” uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq 5f8ca67d-489b-36c1 v 4
  • Gündəm

“Sabah” uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

5 Sentyabr, 2026
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var Снимок экрана 2026-09-05 124843 5
  • Cəmiyyət

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

5 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3080) Dünya (1050) Gündəm (3349) Kateqoriyasızlar (203) Kriminal (280) Mədəniyyət (94) Siyasət (409) Texnologiya (15) İdman (232) İqtisadiyyat (158)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.