Skip to content
12 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda şəxsi məlumatları ələ keçirən kibercinayətkarlar ifşa edilib – DTX-nin əməliyyatı
  • Cəmiyyət

Azərbaycanda şəxsi məlumatları ələ keçirən kibercinayətkarlar ifşa edilib – DTX-nin əməliyyatı

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı
Cavidan 14 İyul, 2025

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

“Darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.

Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə “xeberoxu.az” və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirmiş, “Çarxla Qazan.apk”, “Paypal.apk” və s. adlı, tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirib.

Nihad Hacıyev, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra şirkətlərin və qurumların (“İrşad Electronics”, “Baku Electronics”, “Xalq Bank” və s.) rəsmi internet səhifələrinə bənzər “domen”lər əldə edib saxta saytlar yaradaraq, onları həqiqi internet səhifələri kimi sosial şəbəkələrdə təqdim edib, endirim kampaniyaları adı altında istifadəçilərin fərdi məlumatlarını kütləvi ələ keçirib.

Diqqət çəkən məqam ondan ibarətdir ki, dəstə üzvləri, həmçinin digər insanlara və şirkətlərə məxsus istənilən mobil nömrəni təqlid edərək aldadıcı zəng etmək imkanı verən “Call Spoofing” kiberhücum alətlərini istifadə etməklə zənglər edib, şirkətlərin adından insanlara saxta sms-lər göndərərək onları aldatmağa nail olub, belə onlayn xidmətlərin satışını da təşkil ediblər.

Məhkəmə Nihad Hacıyevin barəsində həbs müddətini ilkin olaraq 3 ay müddətinə müəyyən edib

Post navigation

Previous: KİV: Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir
Next: Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb

Bölmənin digər xəbərləri

NFmXCokZWBlHu9 v
  • Cəmiyyət

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Cavidan 12 Oktyabr, 2026
HrORBeEahVUEHCvoxnsV
  • Cəmiyyət

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Cavidan 12 Oktyabr, 2026
Screenshot_20261010_162103_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

Cavidan 10 Oktyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 255)
  • Dünya (1. 081)
  • Gündəm (3. 452)
  • İdman (246)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (233)
  • Kriminal (298)
  • Mədəniyyət (96)
  • Siyasət (437)
  • Texnologiya (15)

Xəbər Trendi

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub NFmXCokZWBlHu9 v 1
  • Cəmiyyət

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

12 Oktyabr, 2026
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub bE_1200 2
  • Gündəm

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

12 Oktyabr, 2026
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq HrORBeEahVUEHCvoxnsV 3
  • Cəmiyyət

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

12 Oktyabr, 2026
Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm Screenshot_20261010_162103_com_android_chrome_ChromeTabbedActivity 4
  • Cəmiyyət

Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

10 Oktyabr, 2026
Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq AZkdKUX7yURgCSsI V 5
  • Cəmiyyət

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

10 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3255) Dünya (1081) Gündəm (3452) Kateqoriyasızlar (233) Kriminal (298) Mədəniyyət (96) Siyasət (437) Texnologiya (15) İdman (246) İqtisadiyyat (169)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.