Skip to content
19 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • BİZİM TƏQVİM:12 iyulda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM:12 iyulda baş vermiş tarixi hadisələr

1724-cü ilin bu günündə Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında
Cavidan 12 İyul, 2025
1752228938_1

1724-cü ilin bu günündə Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il sentyabrın 12-də bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. 

Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək bütün Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmiş, Cənubi Azərbaycanı öz əlində saxlamışdı. İstanbul müqaviləsi ilə Osmanlı imperatorluğu da bu bölgünü qəbul edib.

Eyni zamanda, müqaviləyə görə, Rusiya Gürcüstan və Xəzəryanı bölgələr istisna olmaqla Şimali Azərbaycanın Osmanlının nəzarətinə verilməsinə razılaşıb. Şirvan Osmanlının himayəsi altında müstəqil xanlıq statusu alıb. Nəticə etibarilə Azərbaycan torpaqları Rusiya, Osmanlı və Səfəvi dövlətləri arasında bölüşdürülüb. 

Bundan az sonra, 1724-cü il noyabrın 10-da isə çar I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə məşhur fərmanı imzalayıb. Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsinin Gilan və Mazandaran bölgələrinə, eləcə də rusların əlində olan Bakıya köçürülməsinə başlanılıb.

Bəs, iyulun 12-də dünyada daha hansı hadisələr baş verib?

1. 1916-cı ilin bu günündə Birinci Dünya müharibəsi zamanı dünyada ilk dəfə zəhərləyici kimyəvi maddə olan iprit tətbiq edilib.

2. Ərzağın qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısını almaq məqsədilə Qazax mahalının Salahlı və Şıxlı kəndlərində, eləcə də Poylu dəmiryol qəsəbəsində Azərbaycan Demokratik Cümhuriyyətinin 1918-ci il 12 iyul tarixli qərarı ilə sərhəd məntəqələri yaradıldı.

3. 12 iyul 1953-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub.

4. 1975-ci il iyulun 12-də Afrikanın bir neçə kiçik adadan ibarət San Tome və Prinsipi ərazisi Potuqaliyanın müstəmləkəçiliyindən azad olaraq dövlət müstəqilliyini elan etdi.

5. 12 iyul 1993-cü ildə Yaponiyanın Hokkaido adası sahillərində meydana gələn 7,7 gücündəki zəlzələ 5 – 30 metr hündürlüyündə tsunami yaradaraq 230 adamın həyatını itirməsinə səbəb oldu.  

6. 1993-cü ilin bu günündə Azərbaycan rəhbərliyinin tələbi ilə regiona səfərə gələn ATƏM-in (ATƏT 1995-ci ilədək belə adlanırdı) Minsk qrupunun sədri Mario Raffaelli erməni silahlı qüvvələrinin hücumlarına məruz qalan Ağdam rayonunda vəziyyətlə tanış olub.

Sonra Xankəndi və Yerevana gedən ATƏT rəsmisi ermənilərin girovluqdan azad etdikləri beş azərbaycanlı ilə yenidən Bakıya qayıdıb və Ermənistanın işğalının qarşısını almağa söz verib. Raffaellinin səfərinin “yekunu” olaraq iyulun 23-də erməni qüvvələri Ağdam şəhərini işğal etdilər.

7. 2006-cı ilin 12 iyulunda Hizbullah təşkilatının İsrailə mərmi hücumları və nəticədə 8 İsrail əsgərini əsir götürməsilə qəzəblənən İsrail ordusu Livana qarşı hərbi əməliyyata başladı. Cənubi Livanda 33 gün davam edən qarşıdurmalarda İsrail uduzdusa da, yüzlərlə yerli əhalinin ölümünə səbəb oldu.

8. 2020-ci ilin iyulun 12-də Ermənistan silahlı qüvvələri  Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar.

Bir neçə gün davam edən döyüşlərdə düşmənin diversiya qrupu geri otuzdurulub və ermənilər bu zaman xeyli canlı qüvvə və hərbi texnika itirib.

Azərbaycan tərəfdən isə 12 hərbçi və 1 mülki şəxs həlak olub. Şəhid olan hərbçilərimiz arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var idi. Onların hər ikisinə Azərbaycan Milli Qəhramanı adı verilib. 

12 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünyanın ən böyük sərkərdələrindən və dövlət xadimlərindən olan Qay Yuli Sezar eramızdan əvvəl 100-cü ildə anadan olub. Bir çox parlaq hərbi və siyasi qələbələrilə dünya tarixində özünəməxsus yer tutan məşhur Roma diktatoru e.ə. 44-cü il martın 15-də qiyamçılar tərəfindən qətlə yetirilib. (e.ə. 100-44)

2. İntibah dövründə ortaya çıxan “Humanizm” cərəyanının yaradıcısı Dezideri Erasmus 1536-cı ilin 12 iyulunda 69 yaşında həyatdan köçüb.  

3. Azərbaycan milli dramaturgiyasının banisi, böyük yazıçı və filosof Mirzə Fətəli Axundzadə 1812-ci ilin bu günü  anadan olub. 1834-cü ildə Tiflisə gələn Mirzə Fətəli Qafqaz canişinin baş dəftərxanasına şərq dilləri üzrə mütərcim təyin olunub və ömrünün sonunadək həmin vəzifədə çalışıb.
 

Mirzə Fətəli Axundzadə 1850-1856-cı illərdə yazdığı “Müsyo Jordan alimi-nəbatat və Dərviş Məstəli şah cadugüni-məşhur”, “Molla İbrahimxəlil kimyagər”, “Sərgüzəşti-mərdi-xəsis və ya Hacı Qara”, “Mürafiə vəkilləri”, “Xırs quldurbasan”, “Vəziri-xani-Lənkəran” komediyaları ilə Azərbaycan dramaturgiyasının əsasını qoyub. (1812-1878)


4. 12 iyul dahi Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin xatirə günüdür. Sabir yaradıcılığında ХIХ əsrin sonu – ХХ əsrin əvvəllərində Azərbaycanın ictimai həyatı bütün dolğunluğu ilə öz əksini tapıb. Şeirlərini əruz vəzninin ən oynaq bəhrlərində yazan Sabirin poeziyası sənətkarlıq, bədii forması və lirizmi ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatında xüsusi yer tutur. Onun şeirləri “Hophopnamə” adlı kitabda toplanıb. (1862-1911)

5. 1940-cı ilin bu günündə, Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova anadan olub.(Bizim.Media)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Prezident ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib
Sonrakı: Paşinyan Zəngəzura gəldi

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android AnTuTu Apple AzInTelecom Bad Cheese Bankçılıq bazar Birbank Business ChatGPT Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (19)

Xəbər Trendi

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir 1
  • Texnologiya

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir

18 Oktyabr, 2026
Epic Games Store-da iki oyun ödənişsiz oldu Epic Games Store-da iki oyun ödənişsiz oldu 2
  • Texnologiya

Epic Games Store-da iki oyun ödənişsiz oldu

18 Oktyabr, 2026
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 3
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 4
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 5
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (19) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 19
  • 19
  • 4. 857

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.