Skip to content
7 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Arayik Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb
  • Cəmiyyət
  • Gündəm

Arayik Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri
Cavidan 23 İyun, 2025
141e8456-5a22-34f0-acfc-0033b4be6905_850

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “bank sistemi” barədə prokurun suallarını cavablandırıb.

Təqsirləndirilən şəxs özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib. A.Harutyunyan qondarma rejimin əsas “bankı” kimi təqdim olunan “Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən “bank” olduğunu söyləyib. “Bank”ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin “bank”ın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.

“O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi”, – deyə A.Harutyunyan əlavə edib.

Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Post navigation

Previous: Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Next: Çin İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Bölmənin digər xəbərləri

  • Cəmiyyət

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Cavidan 7 Oktyabr, 2026
6ac6493822c4b
  • Cəmiyyət

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Cavidan 7 Oktyabr, 2026
W90hILBh7wBZv
  • Dünya

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Cavidan 7 Oktyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 231)
  • Dünya (1. 080)
  • Gündəm (3. 446)
  • İdman (244)
  • İqtisadiyyat (167)
  • Kateqoriyasızlar (231)
  • Kriminal (296)
  • Mədəniyyət (96)
  • Siyasət (433)
  • Texnologiya (15)

Xəbər Trendi

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib 1
  • Cəmiyyət

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

7 Oktyabr, 2026
Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib 6ac6493822c4b 2
  • Cəmiyyət

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

7 Oktyabr, 2026
Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib 6ac631f06658a6ac6b 3
  • Siyasət

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

7 Oktyabr, 2026
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib W90hILBh7wBZv 4
  • Dünya

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

7 Oktyabr, 2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb idpKQkFomqg9EyPiM v v 5
  • Dünya

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

7 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3231) Dünya (1080) Gündəm (3446) Kateqoriyasızlar (231) Kriminal (296) Mədəniyyət (96) Siyasət (433) Texnologiya (15) İdman (244) İqtisadiyyat (167)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.