Skip to content
7 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda sosial müavinətlər artırılıb
  • Cəmiyyət

Azərbaycanda sosial müavinətlər artırılıb

Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla əlaqədar bəzi fərmanlarında
Cavidan 12 İyun, 2025
feec992d-f597-3894-a36d-47bd8aab0248_850

Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

– orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat;

– ailə başçısını itirməyə görə 140 manat;

– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;

– bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;

– beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;

– övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;

– himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat;

– uşağın anadan olmasına görə 600 manat;

– dəfn üçün 600 manat.

Bundan başqa, iyulun 1-dən Prezident təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən olunub:

– “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 200 manat;

– Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2 000 manat;

– şəhid ailəsi üçün 700 manat;

– 20 Yanvar şəhidinin ailəsi üçün 700 manat;

– Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat;

– müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:

orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat;

orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;

orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;

orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat;

ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 manat;

– ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat.

Eyni zamanda, iyulun 1-dən Prezidentin fərdi təqaüdünün məbləği 1 700 manat, fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat müəyyən edilib.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Post navigation

Previous: Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
Next: Sabah İmişli və Biləsuvarda 10 mindən çox abonentin qazı kəsiləcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-07 144033
  • Cəmiyyət

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Cavidan 7 Avqust, 2026
Screenshot 2026-08-07 115505
  • Cəmiyyət

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Cavidan 7 Avqust, 2026
Screenshot 2026-08-07 104635
  • Cəmiyyət

Çempionlar Liqası: “Sabah” – “Orhus” matçının hakimləri dəyişdirilib

Cavidan 7 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 898)
  • Dünya (998)
  • Gündəm (3. 251)
  • İdman (213)
  • İqtisadiyyat (148)
  • Kateqoriyasızlar (185)
  • Kriminal (262)
  • Mədəniyyət (92)
  • Siyasət (392)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub Screenshot 2026-08-07 144033 1
  • Cəmiyyət

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

7 Avqust, 2026
Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı! Screenshot 2026-08-07 123931 2
  • Dünya

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

7 Avqust, 2026
ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb Screenshot 2026-08-07 115505 3
  • Cəmiyyət

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

7 Avqust, 2026
Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub Screenshot 2026-08-07 112039 4
  • Gündəm

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

7 Avqust, 2026
Çempionlar Liqası: “Sabah” – “Orhus” matçının hakimləri dəyişdirilib Screenshot 2026-08-07 104635 5
  • Cəmiyyət

Çempionlar Liqası: “Sabah” – “Orhus” matçının hakimləri dəyişdirilib

7 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2898) Dünya (998) Gündəm (3251) Kateqoriyasızlar (185) Kriminal (262) Mədəniyyət (92) Siyasət (392) Texnologiya (15) İdman (213) İqtisadiyyat (148)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.