Skip to content
7 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • FHN çimərliklərdə monitorinqlər keçirib
  • Cəmiyyət
  • Gündəm

FHN çimərliklərdə monitorinqlər keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümünə hazırlıqla bağlı monitorinqlər keçirib. Tədbir zamanı media nümayəndələri Xəzər dənizinin Bakı şəhəri,
Cavidan 12 İyun, 2025
d99685c2-c773-37c3-afc6-6860628a2d3e

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümünə hazırlıqla bağlı monitorinqlər keçirib.

Tədbir zamanı media nümayəndələri Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki çimərlikdə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə tanış olublar.

Sularda təhlükəsizlik tədbirləri ilə bağlı media mənsublarına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili məlumat verib.

Akşin Əlili
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar aidiyyəti üzrə təhlükəsizlik tədbirləri görülür. Belə ki, cari ilin may ayından etibarən nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən yerli icra orqanlarının nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirilib.

Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və nəzarətsiz çimərlik ərazilərin müəyyən edilməsi və çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsi olub.

Bununla yanaşı, Xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılır, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir.

Bütün təhlükəsizlik tədbirləri iyun ayının15-dək yekunlaşacaq və həmin vaxtdan etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Hazırda FHN tərəfindən çimərliklərdə təhlükəsizlik tədbirləri davam etdirilir.

Xidmətin şöbə rəisi Akşin Əlili media vasitəsilə vətəndaşlara müraciət edərək bildirib ki, çimərlik seçimində diqqətli olsunlar. Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyindən və belə yerlərdən istifadənin təhlükəli olduğundan xəbər verir. Həmçinin, diqqətə çatdırılıb ki, xüsusən bölgələrdə uşaq və yeniyetmələrin valideyn nəzarətindən yayınaraq çimərlik üçün nəzərdə tutulmayan suvarma kanallarından, suni göllərdən, çaylardan, su arxlarından istifadəsi hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur.

Qeyd edilib ki, bu tip su hövzələrinin mürəkkəb relyefə, surətli axına, məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Odur ki, diqqətli olmalı, uşaq və yeniyetmələri belə su hövzələrinin istifadəsindən çəkindirmək lazımdır.

“Çimərliklərdə diqqət yetirilməli məqamlardan biri də hava şəraitidir. Bildiririk ki, küləyin sürəti saniyədə 10 m-dən artıq olduqda və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir”, – vurğulayıb.

Post navigation

Previous: Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəməsi keçirilir
Next: Prezident İlham Əliyev Qətər əmirinə məktub göndərib

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-07 123931
  • Dünya

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

Cavidan 7 Avqust, 2026
Screenshot 2026-08-07 115505
  • Cəmiyyət

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Cavidan 7 Avqust, 2026
Screenshot 2026-08-07 112039
  • Gündəm

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Cavidan 7 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 897)
  • Dünya (998)
  • Gündəm (3. 251)
  • İdman (213)
  • İqtisadiyyat (148)
  • Kateqoriyasızlar (185)
  • Kriminal (262)
  • Mədəniyyət (92)
  • Siyasət (392)
  • Texnologiya (15)

Xəbər Trendi

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı! Screenshot 2026-08-07 123931 1
  • Dünya

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

7 Avqust, 2026
ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb Screenshot 2026-08-07 115505 2
  • Cəmiyyət

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

7 Avqust, 2026
Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub Screenshot 2026-08-07 112039 3
  • Gündəm

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

7 Avqust, 2026
Çempionlar Liqası: “Sabah” – “Orhus” matçının hakimləri dəyişdirilib Screenshot 2026-08-07 104635 4
  • Cəmiyyət

Çempionlar Liqası: “Sabah” – “Orhus” matçının hakimləri dəyişdirilib

7 Avqust, 2026
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb Screenshot 2026-08-07 101027 5
  • Gündəm

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

7 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2897) Dünya (998) Gündəm (3251) Kateqoriyasızlar (185) Kriminal (262) Mədəniyyət (92) Siyasət (392) Texnologiya (15) İdman (213) İqtisadiyyat (148)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.