Skip to content
14 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • BİZİM TƏQVİM: 11 iyunda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət

BİZİM TƏQVİM: 11 iyunda baş vermiş tarixi hadisələr

Cavidan 11 İyun, 2025
1749555430_1749549715_54a7aaffd88b2a95af45f69973204128

2007-ci ilin bu günündə Azərbaycan Respublikasının Prezidenti Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında Sərəncam imzalayıb.

Bu tarixi sənəd qoruq ərazisindəki milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycanın qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə imzalanıb.

Bəs, iyunun 11-də dünyada daha hansı mühüm hadisələr baş verib?

1. 11 iyun 1868-ci ildə Türkiyənin Qızıl Aypara təşkilatı – “Osmanlı yaralı və xəstə əsgərlərə yardım cəmiyyəti” adı ilə bir qrup könüllü həkimin səyi ilə döyüşdə yaralanan əsgərlərə ayrı-seçkilik etmədən kömək məqsədiylə quruldu. Sonradan Mustafa Kamal Atatürk təşkilata Türk Kızılayı adını verdi.

2. 11 iyun 1937-ci ildə Türkiyənin dövlət başçısı Atatürk Trabzonda etdiyi çıxışında bütün ferma və malların xalqa bağışlandığını elan etdi.

3. 1948-ci il 11 iyunda Amerika Birləşmiş Ştatları başqa ölkələrin işlərinə daxilolmama ilə bağlı 125 illik “Monro doktrinası”ndan imtina edərək dünya siyasətinə aktiv qoşulma qərarı aldı. Amerika Konqresi “Vandenberq siyasəti” adı verilən yeni doktrina ilə ABŞ prezidentinə regional və qlobal müqavilələrə müdaxilə səlahiyyəti verdi. İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqının yayılma siyasətinə mane olmağı hədəfə alan bu qərar NATO-nun qurulmasına gedən yolu açdı.

4. 2004-cü ilin 11 iyununda Elvan Abeylegesse “Qoldan League” yarışmasında Norveçin Bergen şəhərində qaçdığı 5000 metrlik marafonda 14:24.68 dərəcəsiylə 7 ildir dəyişməyən 5000 metrlik dünya rekordunu qıran ilk türk atleti oldu.

11 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünyanın ən böyük fatehlərindən biri, Şərqdə daha çox İsgəndər Zülqerneyn kimi tanınan Makedoniyalı İsgəndər eramızdan əvvəl 323-cü ilin bu günlərində 33 yaşında Babil şəhərində vəfat edib.  E.ə. 336-cı ildə hakimiyyətə gələn İsgəndər 334-cü ildə Əhəmənilər sülaləsindən olan III Daraya qarşı müharibəyə başlayıb və Aralıq dənizindən – Balkanlardan, Misir və Hindistanadək böyük bir ərazini ələ keçirib. Bundan sonra vətənə qayıdarkən Babilistanda xəstəliyə tutulub və dünyadan köçüb (e.ə.356 – e.ə.323).

2. Alman bəstəkarı Rixard Ştraus 1864-cü ilin bu günü anadan olub (1864-1949).

3. 11 iyun 1896-cı ildə Azərbaycanın maarif xadimi, Əməkdar Müəllim Qəribsoltan Məlikovanın doğum günüdür (1896-1967). Həsən bəy Zərdabinin qızı olan Qəribsoltan Məlikova Tiflisdə rus gimnaziyasında təhsil alıb və uzun müddət kimsəsiz uşaqlar üçün internat məktəbində dərs deyib.

4. 11 iyun 1892-ci ildə  Xalq artisti, opera müğənnisi Aleksandr Drozdov (1892 – 15.6.1968) Omskda (Rusiya) anadan olub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında çalışıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

5. 11 iyun Cənubi Azərbaycan inqilabi hərəkatının görkəmli xadimi, Azərbaycan Demokrat Firqəsinin yaradıcısı, publisist Seyid Cəfər Pişəvərinin xatirə günüdür. 1892-ci ildə Cənubi Azərbaycanın Xalxal vilayətində dünyaya gələn Seyid Cəfər 13 yaşında (1905) ailəsi ilə Bakıya köçüb, sonralar Xırdalanda müəllimlik edib. 1920-ci ilin may ayında İrana qayıdan Pişəvəri orada Gilan Respublikası Müvəqqəti Hökumətinin xarici işlər komissarı olub. İsfahanda fəhlə tətillərinə başçılıq edib, 1930-cu ildə həbsə alınaraq “Qəsri-Qacar” zindanına salınıb. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsini yaradan Seyid Cəfər onun Mərkəzi Komitəsinin sədri seçilib. Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatının qələbəsindən sonra Təbrizdə hökuməti qurub və baş nazir təyin edilib. Hərəkatın süqutundan sonra yenidən Bakıya qayıdan Seyid Cəfər Pişəvəri 1947-ci ilin bu günü Bakıda müəmmalı şəkildə həlak olub (1892-1947).

6. Osmanlı dövründə 31 Mart Üsyanını basdıran Hərəkat Ordusunun komandiri, sədrəzəm (vəzir) və hərbi nazir Mahmud Şevket Paşa 1913-cü ilin 11 iyununda sui-qəsd nəticəsində öldürüldü.

7. Azərbaycanın görkəmli səhnə xadimi Hökumə Qurbanova 1913-cü il iyunun 11-də Bakıda dünyaya gəlib. Dram teatrının xüsusi səs tembrinə malik nəhəng aktrisası Azərbaycan və dünya dramaturqlarının səhnə əsərlərində onlarca yaddaqalan obraz yaradıb. “Vaqif”də Xuraman, “Xoşbəxtlər”də İnci, “Səyavuş”da Südabə, “Şeyx Sənan”da Xumar, “Antonio və Kleopatra”da Kleopatra, “Qış nağılı”nda Germiona, “Hind gözəli”ndə Vasantasena obrazları onun yaradıcılığının ən gözəl nümunələridir. “Onu bağışlamaq olarmı”, “İnsan məskən salır” və digər filmlərdə də çəkilən Hökumə Qurbanova ifaçılığında lirizm və romantik vüsət səciyyəvi cəhətlər olub (1913-1988).

8. 11 iyun 1923-cü ildə Əməkdar rəssam Mahmud Tağıyev (1923–2001) Bakıda anadan olub. Sovet tikililərini təsvir edən tabloların, portret janrında (“Dədə Qorqud”, “Səməd Vurğun”) əsərlərin müəllifidir.

9. 11 iyun 2020-ci ildə Xalq artisti, xanəndə Teymur Mustafayev (10.4.1939 – 2020) vəfat edib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.(Bizim.Media)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Xarkovun kütləvi hücumu zamanı yaralananların sayı 50-ni keçib, iki nəfər ölüb – YENİLƏNİB
Sonrakı: Azərbaycan XTQ-də dörd ölkə ilə birgə xüsusi təyinatlıların təliminə hazırlıq müzakirə edilib

Bölmənin digər xəbərləri

c3jaf3nCpTNLl5jb4E b
  • Cəmiyyət

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Cavidan 14 Oktyabr, 2026
6ace27f4e7ed26ace27f4e7eb(2)
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

Cavidan 13 Oktyabr, 2026
AZkdKUX7yURgCSsI V
  • Cəmiyyət

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Cavidan 13 Oktyabr, 2026

Teqlər

2026 Alış-veriş Android AnTuTu Apple Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health iPad Pro iPhone 18 Pro Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Mobile Stories Texnologiya Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 268)
  • Dünya (1. 082)
  • Gündəm (3. 457)
  • İdman (247)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (9)

Xəbər Trendi

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq c3jaf3nCpTNLl5jb4E b 1
  • Cəmiyyət

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

14 Oktyabr, 2026
Professor Tərlan Quliyev vəfat edib 6ace27f4e7ed26ace27f4e7eb(2) 2
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr, 2026
FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb 6ace189486be46ace1 3
  • İdman

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

13 Oktyabr, 2026
XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir vvv 4
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

13 Oktyabr, 2026
AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri 5
  • Texnologiya

AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3268) Dünya (1082) Gündəm (3457) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (9) İdman (247) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 49
  • 47
  • 4. 628

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.