Skip to content
1 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 152)
  • Dünya (3. 287)
  • Gündəm (11. 486)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Bakıda dekolonizasiya ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

Cavidan 2 İyun, 2025

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İyunun 3-də Bakıda təşkil olunacaq tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.

Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də millət vəkilləri və s. iştirak edəcək.

Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrıseçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil ediləcək.

Beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu konteksdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə olunacaq.

Qeyd edək ki, qonaqlar səfərin ikinci günü ADA Universitetində və Azərbaycan Dillər Universitetində “Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda müəllim və tələbə heyəti üçün mühazirələr oxuyacaqlar.

Continue Reading

Previous: Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Next: Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Bölmənin digər xəbərləri

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək
  • Cəmiyyət

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

1 Aprel, 2026
Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO
  • Cəmiyyət

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026
Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq
  • Cəmiyyət

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

31 Mart, 2026

Top 7 Xəbər

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək 1

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

1 Aprel, 2026
Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 2

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026
ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 3

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

31 Mart, 2026
Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO 4

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO

31 Mart, 2026
Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib 5

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

31 Mart, 2026
Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq 6

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

31 Mart, 2026
Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək 7

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

31 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 152)
  • Dünya (3. 287)
  • Gündəm (11. 486)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9152) Dünya (3287) Gündəm (11486) Kateqoriyasızlar (476) Kriminal (1361) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək 1 Aprel, 2026
  • Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 31 Mart, 2026
  • ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 31 Mart, 2026
  • Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO 31 Mart, 2026
  • Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib 31 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.