Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM: 29 mayda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət

BİZİM TƏQVİM: 29 mayda baş vermiş tarixi hadisələr

Cavidan 29 May, 2025
1748434530_1717130996_1717074110_1716006627_1715952046_1

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Antanta dövlətlərinin təzyiqi ilə qədim Azərbaycan şəhəri olan İrəvanı ətrafındakı təqribən 9,5 min kvadratkilometr torpaqla birlikdə ermənilərə güzəştə gedib.Bununla da Şimali Azərbaycan torpağında – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb.

Xatırladaq ki, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, çar Rusiyası İran və Osmanlı imperiyası ərazisində yaşayan ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və indiki Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə köçürülməsinə başlayıb. 1828-ci il fevralın 26-dan iyunun 11-dək İrandan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi (40 min nəfər), bundan az sonra isə Osmanlı dövləti ərazisindən Şimali Azərbaycan torpaqlarına 90 min nəfərdən çox erməni köçürülüb.

Bəs, mayın 29-da dünyada daha hansı hadisələr baş verib?

1. 1176-cı il 29 mayda Milanın yaxınlığındakı Lenyano şəhəri ətrafında gedən döyüşdə italiyalılar Roma imperatoru I Fridrix Barbarossanın qoşunlarını darmadağın etdilər. İtaliya tarixinin bu əlamətdar hadisəsi şərəfinə bəstəkar Cüzeppe Verdi “Lenyano ətrafında döyüş” operasını yazıb.

2. 1453-cü il mayın 29-da Osmanlı Sultanı Mehmet Şərqi Roma, o cümlədən Bizans imperiyalarının min illik tarixi paytaxtı olmuş Konstantinopolu fəth etdi. Bu zəfərdən sonra o, Fateh Sultan Mehmet adını qazandı, Konstantinopol isə İstanbul adlandırıldı. İstanbulun fəthi ilə Orta əsrlər sona çatdı.

3. 29 may 1555-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi imzalanıb. Səfəvi-Osmanlı müharibəsinin (1514-1555) birinci mərhələsi başa çatıb. Qərbi Gürcüstan (İmeretiya, Meqreliya, Quriya) Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu bütün Azərbaycan torpaqları Səfəvi dövlətinin tərkibinə keçib.

4. 1963-cü ilin 29 mayında Pakistanda güclü qasırğa baş verib. Təbii fəlakət nəticəsində 10 min nəfər həyatını itirib.

5. 29 may 1873-cü ildə çar Rusiyası Xivə xanlığını özünə birləşdirib. Bir qədər əvvəl Buxaranın işğalı hərbi toqquşmalarla müşayiət olunsa da, Xivənin ələ keçirilməsinə yerli əhali faktiki müqavimət göstərmədi.

6. 1948-ci il mayın 29-da BMT Təhlükəsizlik Şurasının qərarı ilə ilk sülhməramlı xidmət təşkil olundu.

7. 2002-ci ildən başlayaraq 29 may Beynəlxalq Sülhməramlılar Günü kimi qeyd edilir.

8. 29 may 1953-cü ildə Yeni Zelandiya alpinisti Edmund Hillari və Nepaldan olan Tenzinq Norqay Everest zirvəsinə (8850) qalxan ilk insanlar oldular.

9. 1985-ci ilin 29 mayında Avropa Çempion Klublar Kuboku uğrunda “Liverpool” ilə “Juventus” arasında Belçikanın Heysel stadionunda oynanılan final matçında ingilis xuliqanları italıyalı azarkeşlərə hücum etdilər. Tribunanın çökməsi nəticəsində çoxu İtaliyadan olmaqla 41 nəfər həyatını itirdi. Buna baxmayaraq, matç axıradək oynanıldı və kuboku “Juventus” qazandı. İngiltərənin o zamankı baş naziri Marqaret Tetçerin tələbi ilə UEFA “Liverpool”u 5 il müddətinə Avropa kuboklarından uzaqlaşdırdı.

10. 29 may 1993-cü ildə neonasistlər Almaniyanın Solingen şəhərində yaşayan bir Türkiyə ailəsinin evini yandırdı. “Solingen faciəsi” olaraq xatırlanan bu yanğında beş türk həyatını itirdi.

29 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün Azərbaycanın tanınmış incəsənət xadimi, böyük teatr rəssamı Nüsrət Fətullayevin anadan olmasının ildönümüdür. O, uzun illər Azərbaycan Dövlət Dram Teatrında baş rəssam olaraq çalışıb, onlarla tamaşaya tərtibat verib. (1913-1988)

2. Azərbaycanın igid oğlu İsrafil Məmmədov 1919-cu il 29 mayda Gəncədə dünyaya gəlib.

İkinci Dünya Müharibəsi zamanı faşist işğalçılarına qarşı döyüşlərdə dəfələrlə mərdlik və qəhrəmanlıq göstərən İ.Məmmədov 1941-ci il dekabrın 3-də Novqorod yaxınlığındakı Pustınka kəndində baş vermiş amansız savaşda şəxsən özü 70 faşist əsgəri və 3 zabitini məhv edib. Bu hünərə görə İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilib. (1919-1946)3. Azərbaycan neft yataqlarının ilk kəşfiyyatçılarından olan tanınmış neft ustası Yusif Kərimov 1925-ci ilin bu günü anadan olub. 1963-cü ildə onun başçılığı ilə Səngəçal-Duvannı dəniz neft yataqları, 1970-ci ildə isə Muradxanlı yatağı kəşf edilib. (1925-1995)

4. 29 may Azərbaycanın tanınmış rəssam və aktyoru Elçin Məmmədovun doğum günüdür. Bakı və Moskva dövlət muzeylərində dəfələrlə sərgiləri keçirilən rəssam 100-dən çox əsərə, o cümlədən, “Dədə Qorqud”, “Koroğlu”, “Azərbaycan nağılları”, “Xəyyam” kitablarına tərtibat verib. Həm də istedadlı aktyor olan Elçin Məmmədov “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Çətirimiz buludlardır” filmlərində yaddaqalan obrazlar yaradıb. (1946-2001)

5. 29 may 1874-cü ildə İngilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (1874-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Şar və xaç”, “Uçan meyxana” və s.

6. 29 may 1953-cü ildə Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953 – 3.1.2008) anadan olub.(Bizim.Media)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: ABŞ Çinli tələbələrin vizalarını ləğv edəcək
Next: Brent neftinin qiyməti 65 dolları ötüb

Bölmənin digər xəbərləri

6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026
10d0ee22-3ae6-3 v
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 641)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 405)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 1
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 2
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib 1782304152051-664152687 3
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

24 İyun, 2026
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq 6a3bba01aabca6a3bba v 4
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

24 İyun, 2026
Neftçalada DOST filialının açılışı olub 1782301v 5
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9641) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1405) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.