Skip to content
27 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM: 27 mayda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət

BİZİM TƏQVİM: 27 mayda baş vermiş tarixi hadisələr

Cavidan 27 May, 2025
1748265667_1

2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvanda Azərbaycan və Ermənistan arasında silahlı toqquşma olub. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib.

Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor- Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Bəs, mayın 27-də dünyada daha hansı hadisələr baş verib?

1. 1703-cü ildə Rusiya çarı I Pyotrun təşəbbüsü ilə Sankt-Peterburq şəhərinin əsası qoyulub. 1914-cü ilin avqustundan bu şəhər Petroqrad, Sovet hakimiyyəti illərində Leninqrad adlandırılıb. 1990-cı ilin əvvəllərində şəhərin ilkin adı bərpa olunub.

2. Rusiya ilə Yaponiya arasında Şərqi Asiya hökmranlığı üstündə çıxan savaşda – Tsushima Dəniz Müharibəsində Yaponiya Donanması 1905-ci ilin 27 mayında Rusiyanın Sakit Okean Donanması, ondan sonra bölgəyə göndərilən Baltik Donanmasını məhv edib. Bu nəticə Rusiya çarlığının süqutu prosesinə yol açan donanma üsyanlarının başlanmasına səbəb olub.

3. 27 may 1918-ci ildə Transqafqaz Seyminin buraxılması ilə əlaqədar yaranmış böhranlı vəziyyəti müzakirə etmək üçün seym fraksiyasına daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirilib. İclasda Azərbaycanın idarə olunması ələ alındı və Məhəmməd Əmin Rəsulzadənin sədrliyilə Azərbaycan Müvəqqəti Milli Şurası elan edilib. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradılıb və Fətəli xan Xoyski yekdilliklə onun sədri (baş nazir) seçilib.

4. 1960-cı ilin 27 mayında Türkiyədə hərbi çevriliş baş verib. Nəticədə prezident Cəlal Bayar və Adnan Menderes hökuməti vəzifələrindən kənarlaşdırılıblar.

5. 1992-ci il 27 mayda Milli Məclis Azərbaycan respublikasının dövlət himnini təsdiq edib. Müstəqil dövlətin himninin müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyovdur. Himnin mətni isə görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsusdur.

6. SSRİ-dəki əmək düşərgələri (kolxoz, sovxoz və s.) haqqında kitabından sonra – 1974-cü ildə ölkədən sürgün edilən yazıçı Aleksandr Soljenitsin 20 il sonra – 1994-cü ilin 27 mayında geri qayıtdı.

7. 27 may 2001-ci ildə 53 ölkə Afrika Birliyini qurub.

8. 27 may – Beynəlxalq Rəqs Günüdür. Beynəlxalq Teatr İnstitutu və UNESCO ortağı QHT Beynəlxalq Rəqs Komitəsi tərəfindən 1982-ci ildə tanıdılıb və hər il 29 apreldə qeyd edilir.

27 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Bu gün dahi skripkaçı, musiqidə romantizmin banisi Nikkola Paqanininin xatirə günüdür. Paqanini 1840-cı ilin 27 mayında 58 yaşında Nitsa şəhərində vəfat edib. Lakin dini fikirlərinə görə Roma Papası görkəmli bəstəkar və ifaçının İtaliyada dəfn olunmasına icazə verməyib. Uzun illərdən sonra onun cənazəsinin qalıqları Parmaya köçürülüb. (1782-1840)

2. 27 may müasir bakterologiya və epidemiologiyanın banisi, alman mikrobioloqu Robert Koxun xatirə günüdür. Alim 1910-cu ilin bu günü 67 yaşında Baden-Baden şəhərində vəfat edib. (1843-1910)

3. Türkiyədə ötən əsrin görkəmli ilahiyyatçılarından olan Məhəmməd Hamdi Yazır 1942-ci ilin 27 mayında 64 yaşında vəfat edib. Onun tanınan ən mühüm əsəri 9 cilddən ibarət Quranın “Elmalılı Tefsiri”dir. (1878-1942)

4. 1956-cı ilin 27 mayında Azərbaycanın görkəmli şairi Səməd Vurğun vəfat edib (1906- 1956). S.Vurğun Azərbaycanın ilk Xalq şairi, Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi fəxri adlarına layiq görülüb. S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri olub.

5. Azərbaycanın xalq şairi, nasir, publisist Söhrab Tahir 27 may 1926-cı ildə anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev 27 may 1950-ci ildə dünyaya gəlib.(Bizim.Media)

Post navigation

Previous: KİV ABŞ-nin Rusiyaya qarşı mümkün sanksiyalarının tarixlərini açıqlayıb
Next: Motodromda yanğın başlayıb

Bölmənin digər xəbərləri

6a8fea7c4e7446a8 c
  • Cəmiyyət

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

Cavidan 27 Avqust, 2026
vcrMyLIl9JHkUewu0sAyU v
  • Cəmiyyət

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Cavidan 27 Avqust, 2026
401446_86yhrmq0i3
  • Cəmiyyət

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

Cavidan 27 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 014)
  • Dünya (1. 031)
  • Gündəm (3. 318)
  • İdman (224)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub CDDCD 1
  • Dünya

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub

27 Avqust, 2026
Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib 6a8fea7c4e7446a8 c 2
  • Cəmiyyət

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

27 Avqust, 2026
İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik vcrMyLIl9JHkUewu0sAyU v 3
  • Cəmiyyət

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

27 Avqust, 2026
Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib 401446_86yhrmq0i3 4
  • Cəmiyyət

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

27 Avqust, 2026
DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib 6a8fd0877476e6a8fd0877476f17 b 5
  • Cəmiyyət

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

27 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3014) Dünya (1031) Gündəm (3318) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (224) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.