Skip to content
14 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • İcma: İrəvan Qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin öz yerini alması baxımından əhəmiyyətli addımdır
  • Cəmiyyət

İcma: İrəvan Qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin öz yerini alması baxımından əhəmiyyətli addımdır

Cavidan 24 May, 2025
9651ab8a-c680-3e14-a74b-c52ea1551b9b_850

Qərbi Azərbaycan İcması (QAİ) Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının mayın 22-də Bakıda keçirilmiş əlahiddə toplantısında İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan qazısının seçilməsi barədə qəbul etdiyi qərarları alqışlayıb.

Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub. 

Bəyanatda xatırladılıb ki, İrəvan şəhərindəki Göy Məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib:

“Eyni zamanda, 500-dən artıq qəbiristanlıq dağıdılmış, azərbaycanlıların mədəni və dini irsi sistemli şəkildə yer üzündən silinib. Bu, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır”.

Bildirilib ki, İrəvan Qazılığının fəaliyyətinin bərpası dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır:

“Bu qərar, eyni zamanda, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir inkişafdır. Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən azərbaycanlıların Göy məsciddən sərbəst istifadəsinə şərait yaratmağı, dağıdılmış məscidləri və azərbaycanlılara məxsus digər mədəni abidələri bərpa etməyi və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”.

İcma dünya dövlətlərini, BMT və digər beynəlxalq təşkilatları Ermənistanın törətdiyi haqsızlıqların aradan qaldırılması üçün bu ölkəyə təzyiq etməyə çağırıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: “E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb
Sonrakı: KİV: ABŞ-nin Cənubi Karolina ştatında atəş açılıb, 11 nəfər yaralanıb

Bölmənin digər xəbərləri

vd5a3c8c341_1200
  • Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Cavidan 14 Oktyabr, 2026
c3jaf3nCpTNLl5jb4E b
  • Cəmiyyət

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Cavidan 14 Oktyabr, 2026
6ace27f4e7ed26ace27f4e7eb(2)
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

Cavidan 13 Oktyabr, 2026

Teqlər

2026 Alış-veriş Android AnTuTu Apple Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health iPad Pro iPhone 18 Pro Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Mobile Stories Texnologiya Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 269)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (249)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (9)

Xəbər Trendi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib vd5a3c8c341_1200 1
  • Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

14 Oktyabr, 2026
Elnur Əliyev: “18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb” vXuGdP4LceHfx_1200 2
  • Gündəm

Elnur Əliyev: “18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb”

14 Oktyabr, 2026
İlham Əliyev: “Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır” v3BCXODwt_1200 3
  • Gündəm

İlham Əliyev: “Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır”

14 Oktyabr, 2026
Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb B23C bknA6_1200 4
  • Dünya

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

14 Oktyabr, 2026
UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək R3xR5iDxVzvYNgO v 5
  • Gündəm

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3269) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (9) İdman (249) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 66
  • 62
  • 4. 645

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.