Skip to content
18 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib
  • Cəmiyyət
  • Gündəm

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib

Cavidan 23 May, 2025
76ab34ea-7b8b-3464-b765-f43cc4b154f8_850 (1)

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, yəqdim edilən qanun layihəsi İnzibati xətalar haqqında protokolların, qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etmək və inzibati xətalar haqqında işlərin baxılmasında operativliyin təmin edilməsi məqsədilə hazırlanıb

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara (Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 ve 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalara) görə inzibati tənbeh vermə haqqında elektron qerar ve onun əlavəsi (foto ve ya video materiallar) inzibati xətanın törədildiyi günden bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxsin inzibati məsuliyyətə cəlb olunması istisna edilib.

Layihədə 45-ci maddəyə təklif edilən dəyişikliyə görə qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddesinde nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.

Həmçinin qeyd olunan məqsədlərə nail olmaq üçün layihədə 45-ci maddənin yeni redaksiyada verilərək səlahiyyətli orqanlar (qurumlar) tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) ve protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və 45-ci maddədə nezerde tutulan digər hallarda ise derhal yerləşdirilməsi ilə bağlı müddəaların əlavə edilməsi də təklif edilir.

Layihədə Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 45-1-ci maddeye esasen inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarına köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə “İCMAL” informasiya sisteminin yaradılması təklif edilir.

Belə ki, “İCMAL” informasiya sistemində inzibati xətalar haqqında protokolların və qərarların (qərardadların) unikal nömrə verilməklə real vaxt rejiminde ve avtomatlaşdırılmış qaydada İzlənilməsi nəzərdə tutulur. Buna görə də layihəyə əlavə edilməsi nəzərdə tutulan 45-2-ci maddədə səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqında protokollar və qərarlar (qərardadlar) barədə məlumatların “İCMAL” informasiya sisteminə ötürülməsi təklif edilir. Protokollara və qərarlara (qərardadlara) unikal nömrə verildikdən sonra “İCMAL” informasiya sistemi tərəfindən səlahiyyətli orqanların informasiya sisteminə ötürülür. “İCMAL” informasiya sisteminin tətbiqi gələcəkdə inzibati xətalar haqqında işler üzrə operativliyin, hesabatlılığın və şəffaflığın təmin edilməsi ilə nəticələnəcək.

Eyni zamanda layihəyə əlavə edilməsi nəzərdə tutulan 57-1-ci maddədə barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması formalarından bəhs olunub. Bundan başqa, 16-1-ci feslin adının ve hemin fəsildə eks olunan 127-3-cü ve 127-4-cü maddələrin yeni redaksiyada verilərək təkmilləşdirilməsi nəzərdə tutulur.

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 150.11-ci və 150.14-cü maddələrinin tələblərinə uyğun olaraq, yol hərəkəti qaydaları, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaları, həmçinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində İnzibati cərimə tənbeh növü tətbiq edilen şəxs qerarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi günden 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Cərimələrin vaxtında ödənilməsini təşviq etmek,gecikmələrin qarşısını almaq məqsədilə əlavə edilməsi nəzərdə tutulan 150.1-1-ci maddeye əsasən bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tenbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilerse, tetbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq edilir.

Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə bir sıra texniki və dəqiqləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: İran Prezidenti İlham Əliyevi təbrik edib
Sonrakı: Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsinə qələbə ilə başlayıb

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 43
  • 42
  • 4. 933

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.