Skip to content
19 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Abituriyentlər Xankəndidə imtahan verəcək – İlk dəfə
  • Cəmiyyət
  • Gündəm

Abituriyentlər Xankəndidə imtahan verəcək – İlk dəfə

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas
Cavidan 16 May, 2025
xankendi (1)

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək. Bu il qəbul imtahanları respublikanın 24 şəhər və rayonunda təşkil olunacaq. Həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçiriləcək. 

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.

İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq. İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə 21 abituriyentin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, DİM 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib. Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məkətb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Deputatlar 12 məsələyə görə toplaşır – SİYAHI
Sonrakı: Parlament hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib

Bölmənin digər xəbərləri

IY9FjS9jWO3fX4tx v
  • Cəmiyyət

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

Cavidan 19 Oktyabr, 2026
6ad61267e3d876adb
  • Cəmiyyət

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

Cavidan 19 Oktyabr, 2026
6ad5fd84067396ad5fd8406 v
  • Dünya

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

Cavidan 19 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese bazar Business Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Microsoft Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World İlon Mask

Bölmələr

  • Cəmiyyət (3. 309)
  • Dünya (1. 085)
  • Gündəm (3. 467)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (441)
  • Texnologiya (19)

Xəbər Trendi

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb IY9FjS9jWO3fX4tx v 1
  • Cəmiyyət

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

19 Oktyabr, 2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb 6ad61267e3d876adb 2
  • Cəmiyyət

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

19 Oktyabr, 2026
Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək 6ad5fd84067396ad5fd8406 v 3
  • Dünya

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

19 Oktyabr, 2026
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb – FOTO zWaX0A6DtvzX9S4RRYa b 4
  • Cəmiyyət

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb – FOTO

19 Oktyabr, 2026
Bir qrup energetik təltif edilib – Sərəncam 6cfa4b76-74f1-39d8-a59v 5
  • Gündəm

Bir qrup energetik təltif edilib – Sərəncam

19 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3309) Dünya (1085) Gündəm (3467) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (441) Texnologiya (19) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 98
  • 85
  • 4. 936

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.