Skip to content
8 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 446)
  • Dünya (3. 042)
  • Gündəm (10. 565)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Sahibə Qafarova Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsakın başçılıq etdiyi nümayəndə
Cavidan 15 May, 2025

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğu qeyd olunaraq, ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdikləri diqqətə çatdırılıb.

Yüksək səviyyəli, o cümlədən dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin daha da genişlənməsində vacib rolu xüsusi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da geniş əlaqələrin mövcud olduğu bildirilib.

Parlament sədrlərinin, həmçinin dostluq qruplarının və deputatların qarşılıqlı səfərlərinin, fəal təmaslarının bu əlaqələrə dinamizm verdiyi qeyd edilib. Parlamentlərimizin Parlamentlərarası İttifaq, ATƏT PA, NATO PA və digər beynəlxalq parlament təşkilatlarında da əməkdaşlığından məmnunluq ifadə olunub.

Milli Assambleyanın sədr müavini Macarıstan Parlamentinin spikeri Laslo Koverin salamlarını və xoş arzularını Milli Məclisin sədrinə çatdırıb. O, ölkəsinin dost Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini ifadə edib.

Görüşdə xalqlarımızın oxşar dəyərləri bölüşdüyü qeyd olunaraq, humanitar sahədə əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağa xidmət etdiyi, təhsil, mədəniyyət sahələrində uğurlu əlaqələrin qurulduğu qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Continue Reading

Previous: Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır
Next: “Son zəng”də şagird məktəbli formasında olmalıdır – Rəsmi AÇIQLAMA

Bölmənin digər xəbərləri

Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb
  • Cəmiyyət

Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb

8 Dekabr, 2025
İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib
  • Cəmiyyət

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib

8 Dekabr, 2025
Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi
  • Cəmiyyət

Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi

8 Dekabr, 2025

Top 7 Xəbər

“Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək 1

“Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək

8 Dekabr, 2025
Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır 2

Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır

8 Dekabr, 2025
Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb 3

Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb

8 Dekabr, 2025
İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib 4

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib

8 Dekabr, 2025
Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi 5

Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi

8 Dekabr, 2025
İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb 6

İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb

8 Dekabr, 2025
Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb 7

Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb

8 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 446)
  • Dünya (3. 042)
  • Gündəm (10. 565)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8446) Dünya (3042) Gündəm (10565) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (591) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakim idarə edəcək 8 Dekabr, 2025
  • Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır 8 Dekabr, 2025
  • Nazir: Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb 8 Dekabr, 2025
  • İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib 8 Dekabr, 2025
  • Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi 8 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.