Skip to content
1 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 153)
  • Dünya (3. 288)
  • Gündəm (11. 487)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

BDU-nun rektoru: Azərbaycan mediası və jurnalistikası müasir çağırışlara uyğunlaşmalıdır

Cavidan 15 May, 2025

Azərbaycan mediası və jurnalistikası müasir çağırışlara uyğunlaşmalıdır.

Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib.

Onun sözlərinə görə, Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat xalqın maariflənməsində, milli kimliyin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb:

“Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ölkəmizdə media və jurnalistika sahəsinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu yubiley yalnız keçmişə bir baxış deyil, eyni zamanda, mütərəqqi jurnalist nəslinin formalaşmasına, gənc qələm sahiblərinin ruhlandırılmasına verilmiş böyük töhfədir”.

Rektor Ümummilli Lider Heydər Əliyevin milli mətbuatın inkişafındakı rolunu xüsusi vurğulayıb:

“Məhz onun rəhbərliyi ilə Azərbaycanda mətbuat üzərində senzura ləğv olundu. Bu, təkcə bir inzibati qərar deyildi, demokratik dəyərlərə, söz və fikir azadlığına verilən önəmin göstəricisi idi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də media sahəsinin inkişafına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, media qurumlarının maddi-texniki və hüquqi bazası gücləndirilib, jurnalistlərin fəaliyyətinə əlverişli şərait yaradılıb. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Düzgün və operativ informasiyanın dünya ictimaiyyətinə çatdırılmasında, düşmən təbliğatının qarşısının alınmasında jurnalistlərimizin rolu əvəzsiz oldu”.

E.Babayev qeyd edib ki, bugünkü dövrdə medianın müasir çağırışlara uyğunlaşması mühüm əhəmiyyət kəsb edir:

“Yeni dövr yeni yanaşma tələb edir. Bizim əsas hədəfimiz bu çağırışlara cavab verən, peşəkar və vətənpərvər yeni media kadrlarının hazırlanmasıdır. Bakı Dövlət Universitetində bu istiqamətdə əhəmiyyətli addımlar atılır. Yerli media qurumları ilə geniş əməkdaşlıq həyata keçirilir, tələbələrimiz müasir təlim metodları ilə təhsillərini davam etdirirlər. Əminik ki, bu ənənələr gələcəkdə daha da möhkəmlənəcək və Azərbaycan mediası dünya miqyasında öz layiqli yerini daha da möhkəmləndirəcək. Media və jurnalistikada müasir çağırışlara uyğunlaşması vacibdir. Bizim əsas hədəfimiz isə müasir çağırışlara cavab verən yeni kadrların hazırlanmasıdır”.

Continue Reading

Previous: Paşinyan Albaniyaya işgüzar səfərə yollanıb
Next: Azərbaycanda 16 yaşlı qız 33 yaşlı kişiyə ərə verilir

Bölmənin digər xəbərləri

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək
  • Cəmiyyət

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

1 Aprel, 2026
“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib
  • Dünya

“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

1 Aprel, 2026
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək
  • Cəmiyyət

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

1 Aprel, 2026

Top 7 Xəbər

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək 1

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

1 Aprel, 2026
“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib 2

“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

1 Aprel, 2026
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək 3

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

1 Aprel, 2026
Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 4

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026
ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 5

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

31 Mart, 2026
Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO 6

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO

31 Mart, 2026
Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib 7

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

31 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 153)
  • Dünya (3. 288)
  • Gündəm (11. 487)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9153) Dünya (3288) Gündəm (11487) Kateqoriyasızlar (476) Kriminal (1361) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək 1 Aprel, 2026
  • “Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib 1 Aprel, 2026
  • Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək 1 Aprel, 2026
  • Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 31 Mart, 2026
  • ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 31 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.