Skip to content
4 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 823)
  • Dünya (3. 164)
  • Gündəm (11. 027)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib

Cavidan 13 May, 2025

Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Dövlət başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı.

PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və azərbaycanlıları da sevindirdiyini deyən Prezident bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, dövlət başçısı vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir.

Dövlət başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd etdi ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirdi və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxundu.

Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini dedi.

Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulandı.

Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əlaqələrin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulandı.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Continue Reading

Previous: Samir Rzayev: “AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır”
Next: Xankəndidə ikinci məktəb açılacaq

Bölmənin digər xəbərləri

MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
  • Cəmiyyət

MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib

3 Fevral, 2026
Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH
  • Cəmiyyət

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH

3 Fevral, 2026
Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
  • Cəmiyyət

Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

3 Fevral, 2026

Top 7 Xəbər

MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib 1

MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib

3 Fevral, 2026
Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH 2

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH

3 Fevral, 2026
Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib 3

Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

3 Fevral, 2026
Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir 4

Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir

3 Fevral, 2026
Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır 5

Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır

3 Fevral, 2026
Baş prokuror İmişlidə vətəndaşları qəbul edib 6

Baş prokuror İmişlidə vətəndaşları qəbul edib

3 Fevral, 2026
“X” sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır 7

“X” sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır

3 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 823)
  • Dünya (3. 164)
  • Gündəm (11. 027)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8823) Dünya (3164) Gündəm (11027) Kateqoriyasızlar (458) Kriminal (1325) Mədəniyyət (333) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib 3 Fevral, 2026
  • Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH 3 Fevral, 2026
  • Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib 3 Fevral, 2026
  • Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir 3 Fevral, 2026
  • Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır 3 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.