
Nazirlər Kabineti 22 fevral 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”də dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra fond qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyana görə daxilolmalar hesabına da formalaşdırılır.