Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bu mənzillərin qiyməti KƏSKİN BAHALAŞACAQ
  • Cəmiyyət
  • Gündəm

Bu mənzillərin qiyməti KƏSKİN BAHALAŞACAQ

“2022-ci ildə mənzillərin satış qiymətində artım olacaq. Çünki bu il tikinti materiallarının qiyməti çox bahalaşdı, hətta bəzilərində qiymət
Cavidan 29 Dekabr, 2021
1161977

“2022-ci ildə mənzillərin satış qiymətində artım olacaq. Çünki bu il tikinti materiallarının qiyməti çox bahalaşdı, hətta bəzilərində qiymət iki dəfəyə qədər qalxdı. Bu isə daşınmaz əmlak bazarına təsirsiz ötüşməyəcək”.

Bunu Publika.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert hesab edir ki, qiymət artımı daha çox yeni tikiləcək binalarda olacaq: “Hazırda tikinti materiallarının qiyməti artmağa davam edir. Bu isə birbaşa olaraq tikintinin maya dəyərinə təsir edir. Tikintinin maya dəyəri artdığı üçün mənzillərin qiymətində də artım olacaq. Digər bir səbəb tikintiyə yararlı torpaq sahələrinin məhdud sayda olmasıdır. Mövcud torpaq sahələrində isə qiymətlər çox yüksəkdir. Şirkətlər buna gedə bilmirlər, çünki baha qiymətə aldığı torpaq sahəsinin üzərində inşa edəcəyi binadakı mənzilləri minimum 30-40% yüksək qiymətə satmalıdır. Digər tərəfdən, pilot layihələrə salınan istifadəyə yararsız köhnə binaları söküb onların yerində yenilərini inşa etmək də baha başa gəlir. Bu məsələdə digər problemlər də mövcuddur, xüsusilə də əmlak sahibi ilə tikinti şirkətləri arasında narazılıqlar yaranır. Bu isə tezliklə həllini tapmalıdır və vətəndaş tikinti şirkətinə etibar etməlidir. Həmçinin dövlət qurumlarından nümayəndələr prosesdə yaxından iştirak etməlidir”.

Bu mənzillərin qiyməti KƏSKİN BAHALAŞACAQ

Elnur Fərzəliyevin sözlərinə görə, hazırda tikilməkdə olan binalarda da qiymət artımı müşahidə olunur: “Çünki tikinti materiallarının qiyməti hər ötən gün daha da artır. Tikintilərlə bağlı şərtlər də sərtləşdirilib. Düzdür, bu sərtləşdirmələr şəhərsalmanın qorunması üçündür və tikinti əmsallarının azaldılması nəzərdə tutulub. Ancaq hər halda, bu da qiymətlərə öz təsirini göstərir”.

E.Fərzəliyev qeyd edib ki, hazırda bayramla əlaqədar olaraq daşınmaz əmlak bazarında durğunluq yaşanır: “Hər il dekabr ayının 15-dən yanvarın 15-nə qədər daşınmaz əmlak bazarında nisbətən durğunluq olur. Ancaq oktyabr və noyabr aylarında vəziyyət digər dövrə nisbətən daha dinamik olub və alıcı kütləsi çox olub. Bu, çıxarışlı mənzillər üzərindən aparılan statistikadır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: General-polkovnik Kərim Vəliyev komandolarla görüşdü
Next: Keçmiş MTN polkovniki həbs edilib

Bölmənin digər xəbərləri

1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026
10d0ee22-3ae6-3 v
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Cavidan 24 İyun, 2026
sUg7nNMfefQu80tb
  • Cəmiyyət

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 640)
  • Dünya (3. 416)
  • Gündəm (11. 898)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (517)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm” A6kgJ7FoPd8uuyvrVhOAMyGcEVI8wJAkKATPvwER_1200 1
  • Kateqoriyasızlar

Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm”

24 İyun, 2026
İlham Əliyev Numan Kurtulmuşu qəbul edib 1782298572_888V 2
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

24 İyun, 2026
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 10d0ee22-3ae6-3 v 3
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

24 İyun, 2026
Sabah Bakıda və rayonlarda yağış yağacaq sUg7nNMfefQu80tb 4
  • Cəmiyyət

Sabah Bakıda və rayonlarda yağış yağacaq

24 İyun, 2026
Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır 1782288808_thumbsv 5
  • Dünya

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9640) Dünya (3416) Gündəm (11898) Kateqoriyasızlar (517) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.