Skip to content
24 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Erməniləri belə təəccübləndirən yalan: Dekontinyi Ermənistanı “azadlıq vadisi” kimi görür – ŞƏRH
  • Cəmiyyət
  • İdman

Erməniləri belə təəccübləndirən yalan: Dekontinyi Ermənistanı “azadlıq vadisi” kimi görür – ŞƏRH

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi erməniləri belə təəccübləndirməyə və heyrətə salmağa müvəffəq olub. Reallıqdan uzaq fikirləri ilə gündəmə
Cavidan 6 May, 2025
619b61ca-c4ae-333e-8506-58b946f7e984_850

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi erməniləri belə təəccübləndirməyə və heyrətə salmağa müvəffəq olub. Reallıqdan uzaq fikirləri ilə gündəmə gəlməyə çalışan Azərbaycanofob və türkofob diplomat növbəti dəfə “ermənidən artıq erməni” olmağa çalışıb. Səfir iddia edib ki, Ermənistan söz azadlığı sahəsində mövqeyini xeyli yüksəltməyə, mövqelərini yaxşılaşdırmağa müvəffəq olub.
“Ermənistanı dəstəkləməklə biz demokratiyanı müdafiə etmiş oluruq”, – deyə o vurğulayıb. Hətta İrəvanı regionda “azadlıq vadisi” kimi qələmə verməkdən də çəkinməyib.
Adıçəkilən diplomatın anti-Azərbaycan, qatı ermənipərəst mövqeyi ilə seçildiyi bəllidir. Dəfələrlə Qarabağda məhv edilən separatçılara dəstək nümayiş etdirib və erməni lobbisinə yaxınlığı ilə seçilib. Bu dəfə isə “X”də yazdığı statusla lap “gül” vurub. Anti-Azərbaycan bəyanatları ilə tanınan səfirin söylədikləri başdan-ayağa yalan və Ermənistan reallığı ilə daban-dabana ziddir. Görünür, o bu cəfəngiyyatı tirajlamaqla Ermənistan hakimiyyətinə xoş gəlməyə çalışıb. Lakin, necə deyərlər, Dekotinyi bir söz deyir, ermənilər başqa bir söz.
Onun səsləndirdiyi fikirlərin yalan və populist olduğunu beynəlxalq təşkilatlar, o cümlədən yerli təşkilatların hesabatları alt-üst edir. Ermənistanın Söz Azadlığının Müdafiəsi Komitəsinin (SAMK) sədri Aşot Melikyan fransalı diplomatın dediklərinə cavab olaraq bildirib ki, ölkə yarıazad mətbuata malik ölkələr arasında olmağa davam edir və bölgədə lider mövqe tutsa da, nəzərəçarpan irəliləyişin olmaması narahatlıq doğurur. O qeyd edib ki, bu fakt beynəlxalq insan hüquqları təşkilatı “Freedom House”un hesabatı ilə təsdiqlənir, hansı ki Ermənistanda söz azadlığını mümkün 4 baldan 2 balla qiymətləndirib.

Erməniləri belə təəccübləndirən yalan: Dekontinyi Ermənistanı "azadlıq vadisi" kimi görür - ŞƏRH

“Beynəlxalq təşkilatlar Ermənistanda söz azadlığı sahəsində müsbət dəyişikliklər qeydə almayıblar və 2018-ci il inqilabından sonra qeydə alınan irəliləyiş əhəmiyyətli dərəcədə yavaşlayıb”, – deyə Melikyan izah edib. O əlavə edib ki, 2025-ci ilin birinci rübü sosial və siyasi vəziyyət baxımından nisbətən sakit keçib, çünki jurnalistlər kütləvi etirazları işıqlandırmaq məcburiyyətində qalmayıblar. Melikyan buna baxmayaraq Ermənistan Milli Məclisində jurnalistlərin iştirakı ilə baş vermiş çoxsaylı münaqişəli vəziyyətlərə işarə edib ki, bunlardan ikisi Ermənistan parlamentinin təhlükəsizlik əməkdaşları tərəfindən media nümayəndələrinə qarşı fiziki güc tətbiqi ilə nəticələnib.
Göründüyü kimi, faktlar, hesabatlar və Ermənistan daxilində fəaliyyət göstərən təşkilatların hazırladıqları materiallar fransalı diplomatın fikirlərini alt-üst edir.
Qanunverici orqanın divarları arasında baş vermiş insidentlərə toxunan Melikyan qeyd edib ki, ən çox diqqət çəkən Ermənistanın parlament sədri Alen Simonyanın iştirakı ilə baş vermiş münaqişəli vəziyyətlərdir, hansı ki, təkcə müxtəlif xoşagəlməz insidentlərin iştirakçısı olmayıb, hətta məhkəməyə iddia təqdim edib. Daha sonra o, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryanın jurnalisti təhqir etdiyi hadisəni xatırladıb, hansı ki, ondan üzr istəməyib və öz davranışını qeyri-əxlaqi hesab etməyib.
Sonra Melikyan Gümrüdə baş vermiş hadisələri xatırladıb, hansı ki, hakim qüvvənin keçmiş deputatı Vilen Qabrielyan jurnalistlərlə mübahisəyə girişib və onlara qarşı nalayiq sözlər işlədib. “Bununla yanaşı, qeyd edim ki, Gümrüdə seçkilər zamanı sakinlər də jurnalistlərə qarşı hörmətsiz münasibət göstəriblər və demək olar ki, proses qalmaqallı olub”, – deyə təşkilat rəhbəri vurğulayıb.

Pozuntuların ümumi sayına toxunan Melikyan qeyd edib ki, 2025-ci ilin birinci rübü ərzində 56 pozuntu qeydə alınıb, bunlardan iki hadisə fiziki zorakılığa, 25-i KİV-lərə təzyiqə və 29-u məlumat almaq və yaymaq hüququnun pozulmasına aiddir. “2024-cü illə müqayisədə, o zaman 58 pozuntu qeydə alınmışdı, demək olar ki, vəziyyət çox dəyişməyib. Lakin keçən il fiziki zorakılıq halları olmayıb, halbuki bu il artıq iki belə hal var”, – deyə SAMK-ın rəhbəri vurğulayıb.
SAMK-ın rəhbəri, həmçinin diqqətə çatdırıb ki, 15 yeni məhkəmə iddiasından 12-si dövlət orqanları və hakimiyyət orqanları nümayəndələri tərəfindən verilib, iki iddia informasiya agentliyi ilə digər KİV arasında müəllif hüquqlarının qorunması məsələləri ilə bağlı mübahisəyə aiddir, bir iddia isə vətəndaş tərəfindən verilib. “Böhtan və təhqirlə bağlı işlər hələ də üstünlük təşkil edir, bu yenilik deyil. Lakin keçən illə müqayisədə iki hal var ki, bu böhtan və ya təhqirlə bağlı deyil, məhz müəllif hüquqlarının pozulmasına aiddir”, – deyə Melikyan qeyd edib.
2024-cü ilin aprelində “Freedom House” Ermənistanın milli administrasiyasının reytinqini endirib və insan hüquqlarının ciddi pozuntularını, o cümlədən Predator casus proqramlarından istifadəni qeyd edib. Ermənistan Jurnalistlər İttifaqı (EJİ) respublika hakimiyyətini media nümayəndələrini təqib etməkdə və qorxutmaqda ittiham edib. “Parlament üzvlərinin jurnalistlərə qarşı son hücumlarını, o cümlədən sosial şəbəkələrdə və özlərini media adlandıran onlara bağlı veb-saytlarda, başqa cür izah etmək mümkün deyil”, – EJİ-nin bəyanatında deyilir.

EJİ tərəfdaş təşkilatlardan – Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyasından (IFJ) parlamentdə jurnalistlərin işinə maneə törədilməsi faktlarını pisləməyi, həmçinin Ermənistan hökumət nümayəndələrini cilovlamaq üçün bu məlumatları müvafiq hesabatlara daxil etməyi tələb edib.
Bəyan edilib ki, Ermənistanı “demokratiya qalası” elan edən hakimiyyət yalançı demokratiya və saxta qərb dəyərləri pərdəsi altında jurnalistləri və KİV-ləri təqib edir, söz azadlığı hüququna mane olur və beləcə son dərəcə ağır şəraitdə işləyən KİV-lərə və jurnalistlərə qarşı nifrət yayır. İttifaqda hesab edirlər ki, Ermənistanda söz azadlığı məqsədyönlü təbliğat, informasiya qisası və yalan yayan cəmiyyətlə manipulyasiya alətinə çevrilib.
Çox güman ki, Dekotinyi də qeyd olunan faktları bilməmiş deyil. Sadəcə, onları yada salmaq sərf etmir.(Report)

Post navigation

Previous: Polşa Slovakiyanın Baş nazirinin təyyarəsinin Moskvaya uçuşuna icazə verib
Next: Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-24 095306
  • İdman

Rusiya Odessada “Yujnı” limanını və yarımstansiyanı vurub

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-22 140829
  • Cəmiyyət

Şükufə Yusupova qəzaya düşdü – Vəziyyəti ağırdır

Cavidan 22 Avqust, 2026
Screenshot 2026-08-22 133006
  • Cəmiyyət

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

Cavidan 22 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 983)
  • Dünya (1. 027)
  • Gündəm (3. 305)
  • İdman (221)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (198)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik Screenshot 2026-08-24 112526 1
  • Gündəm

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

24 Avqust, 2026
Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib Screenshot 2026-08-24 104950 2
  • Gündəm

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

24 Avqust, 2026
Rusiya Odessada “Yujnı” limanını və yarımstansiyanı vurub Screenshot 2026-08-24 095306 3
  • İdman

Rusiya Odessada “Yujnı” limanını və yarımstansiyanı vurub

24 Avqust, 2026
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb Screenshot 2026-08-24 091737 4
  • Kriminal

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

24 Avqust, 2026
Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub Screenshot 2026-08-22 162917 5
  • Dünya

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

22 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2983) Dünya (1027) Gündəm (3305) Kateqoriyasızlar (198) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (221) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.