Skip to content
10 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 463)
  • Dünya (3. 046)
  • Gündəm (10. 585)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

BİZİM TƏQVİM: Mayın 5-də baş vermiş tarixi hadisələr

Cavidan 5 May, 2025

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.

Mayın 5-də dünyada daha hansı hadisələr baş verib?

1. 5 may 1764-cü ildə Rusiyada ilk dəfə olaraq qızlar üçün təlim-tərbiyə müəssəsi yaradıldı.

2. 5 may 1920-ci ildə Lenin “müstəqil Azərbaycan Sovet Respublikasının” təşkili münasibətilə RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərib.

3. 5 may 1920-ci ildə Azərbaycan İnqilab Komitəsi xanların, bəylərin, mülkədarların, həmçinin monastır kilsə və məscidlərin torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verib.

4. 5 may 1949-cu ildə Londonda Avropa Şurası (AŞ) yaradılıb. Qurumun qərargahı Strasburqda yerləşir. Avropa Şurasının fəaliyyəti ilk növbədə insan hüquqlarının təmin olunmasına və müdafiəsinə, hüquqi əməkdaşlığın inkişafına, mədəniyyət, təhsil, səhiyyə, ekologiya və informasiya sahələrində qarşılıqlı fəaliyyətə yönəlib. AŞ terrorizmə qarşı mübarizə məsələlərinə, eləcə də demokratik sabitliyin möhkəmlənməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirir. Azərbaycan 2001-ci ildən AŞ-nin üzvüdür.

5. 5 may 1955-ci ildə Almaniya Federativ Respublikası NATO-ya daxil olub.

6. 5 may 1960-cı ildə Bakı funikulyaru istifadəyə verilib.

7. 5 may 1963-cü ildə ABŞ-da ilk dəfə qara ciyər implantasiyası həyata keçirilib.

8. 5 may 1970-ci ildə Bakıda Ulduz metrostansiyası istifadəyə verilib.

9. 5 may 1990-cı ildə Misirşünaslar və İT mütəxəssisləri birgə səyi nəticəsində heroqlifləri yazmağa imkan verən kompüter proqramı hazırlanıb.

10. 1994-cü ilin bu günündə Birinci Qarabağ müharibəsində atəşkəs niyyəti ilə apanlan danışıqlar nəticəsində Bişkek protokolu imzalanıb.

11. 5 may 2000-ci ildə Əhməd Nejdət Sezər Türkiyənin 10-cu prezidenti seçilib. O, vəzifəsinin icrasına 16 mayda başlayıb.

12. 5 may 2006-cı ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının 9-cu sammiti keçirilib. 10 müsəlman ölkəsini birləşdirən ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib, Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları ilə birlikdə 1992-ci ildə quruma üzv olub.

13. 5 may 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı olub. Burada çoxcildli Universal Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşri ilə məşğul olurlar.

3 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 5 may 1818-ci ildə Alman filosof, iqtisadçı Karl Marks anadan olub.

2. 5 may 1821-ci ildə Fransız imperator Napoleon Bonapart vəfat edib.

3. 5 may 1892-ci ildə şair Əhməd Cavad anadan olub.

4. 5 may 1910-cu ildə SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil İsgəndərovun doğum günüdür (1910-1978). Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.

5. Azərbaycan mifoloq-türkoloqu, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü Mirəli Seyidov 5 may 1918-ci ildə anadan olub.

6. Azərbaycan leytenantı,Milli Qəhrəman İlham Əliyev 5 may 1961-ci ildə anadan olub.

7. Azərbaycan hərbçisi, Milli Qəhrəman Elşad Yəhyayev 5 may 1966-cı ildə anadan olub.

8. Azərbaycan hərbçisi, Milli Qəhrəman Qasım Rzayev 5 may 1970-ci ildə anadan olub.

9. Azərbaycan hərbçisi, Milli Qəhrəman Pərviz Səmədov 5 may 1970-ci ildə doğulub.(Bizim.Media)

Continue Reading

Previous: Dildə, Fikirdə, İşdə Birlik – Türkçülük Günü qeyd olundu
Next: Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb – YENİLƏNİB

Bölmənin digər xəbərləri

Yağışlı hava sabah da davam edəcək – PROQNOZ
  • Cəmiyyət

Yağışlı hava sabah da davam edəcək – PROQNOZ

10 Dekabr, 2025
Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq
  • Cəmiyyət

Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq

10 Dekabr, 2025
Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək
  • Cəmiyyət

Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək

10 Dekabr, 2025

Top 7 Xəbər

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb 1

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb

10 Dekabr, 2025
Yağışlı hava sabah da davam edəcək – PROQNOZ 2

Yağışlı hava sabah da davam edəcək – PROQNOZ

10 Dekabr, 2025
Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq 3

Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq

10 Dekabr, 2025
Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək 4

Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək

10 Dekabr, 2025
İş günlərinin yeri hələ dəyişməyib – RƏSMİ AÇIQLAMA 5

İş günlərinin yeri hələ dəyişməyib – RƏSMİ AÇIQLAMA

10 Dekabr, 2025
UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda “Ayaks”la üz-üzə gələcək 6

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda “Ayaks”la üz-üzə gələcək

10 Dekabr, 2025
Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib 7

Media nümayəndələri üçün “Storytelling” mövzusunda təlim keçirilib

9 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 463)
  • Dünya (3. 046)
  • Gündəm (10. 585)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8463) Dünya (3046) Gündəm (10585) Kateqoriyasızlar (436) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb 10 Dekabr, 2025
  • Yağışlı hava sabah da davam edəcək – PROQNOZ 10 Dekabr, 2025
  • Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq 10 Dekabr, 2025
  • Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək 10 Dekabr, 2025
  • İş günlərinin yeri hələ dəyişməyib – RƏSMİ AÇIQLAMA 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.