Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM: Mayın 1-də baş vermiş tarixi hadisələr
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM: Mayın 1-də baş vermiş tarixi hadisələr

Bu gün Beynәlxalq Әmәk Bayramıdır. Bu bayram  ilk dәfә  1889-cu ilin 1 may tarixindә qeyd olunub. 1 may
Cavidan 1 May, 2025
1746020925_may-1

Bu gün Beynәlxalq Әmәk Bayramıdır. Bu bayram  ilk dәfә  1889-cu ilin 1 may tarixindә qeyd olunub. 1 may 1889-cu ildə Parisdə II İnternasionalın konqresində 1 mayın “Dünya zəhmətkeşlərinin həmrəyliyi günü” kimi qeyd olunması barədə qərar qəbul edilib.

Qərar 1886-cı ilin mayında ABŞ-nin Çikaqo şəhərində 8 saatlıq iş günü tələbi ilə etiraz aksiyası keçirən və buna görə güllələnən fəhlələrin xatirəsinə həsr olunmuşdu.

Bəs, mayın 1-də dünyada daha hansı hadisələr baş verib?

1. 1840-cı ildə dünyada ilk dəfə İngiltərədə poçt markaları çap olunub.

2. 1 may 1707-ci ildə Şotlandiya ilə İngiltərənin birləşməsinə dair “İttifaq aktı” bağlanıb. İngiltərə XIII əsrdən Şotlandiyanı özünə birləşdirmək üçün müharibələr aparırdı. XVII əsrdə İngiltərə taxt-tacında şotland əsilli Stüartların əyləşməsindən sonra birləşmə mümkün oldu.

3. Türkiyәdә Beynәlxalq Әmәk Bayramı ilk olaraq 1906-cı ilin 1 may tarixindә İzmirdә qeyd olunub.

4. 1 may 1918-ci ildə “Bakı Komissarları Soveti”nin qoşunları Qubaya hücum edib. Amazaspın başçılıq etdiyi dəstələr qırğınlara başlayıb. Quba bölgəsində ümumilikdə 3 minədək insan qətlə yetirilib.

5. 1925-ci ilin 1 may tarixindә Kipr Böyük Britaniyanın müstәmlәkәsi olub.

6. 1930-cu ildə Günəş sisteminin ən böyük 10 göy cismindən olan Pluton planeti kəşf edilib. Pluton adı Oksfordda yaşayan Venetsia Burney adlı şagird tərəfindən təklif edilib. Venetsia Burney bu təklifini Plutonun soyuq və qaranlıq olması ehtimalına əsasən mifik düşüncədə yeraltı dünyanın tanrısı kimi tanınan Plutondan ilhamlanaraq irəli sürdüyünü söyləyib.

7. 1940-cı ilin 1 may tarixindә Yay Olimpiya oyunları II Dünya Müharibәsi sәbәbindәn tәğv edilib.

8. 1945-ci ilin 1 may tarixindә Zәfәr bayrağı Berlindәki ‘‘Reichstag’’ binasına asılıb.

9. 1964-cü ilin 1 may tarixindә Türkiyә Radio vә Televiziya qurumu TRT qurulub.

10. 1975-ci ilin 1 may tarixindә Vyetnam müharibәsi sona çatıb.

1 mayda bu şəxsiyyətlər xatırlanır:

1. 1 may 1901-ci ildə Aşıq Bəhmən Göyçəli (1901-1976) anadan olub. 

2. 1 may 1910-cu ildə Xalq artisti, müğənni Sürəyya Qacar (1910-1992) Şuşada doğulub. Operalarda Leyli (“Leyli və Məcnun”, “Aşıq Qərib” və s.) əsas partiyalarda çıxış edib.

3. 1 may 1934-cü ildə yazıçı, dramaturq İsi Məlikzadə (1934 – 12.5.1995) Ağcabədi rayonunda anadan olub. Əsərləri və ssenariləri əsasında filmlər (“Qoca palıdın nağılı”, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi”, “Pəncərə”, “Küçələrə su səpmişəm”), teletamaşa (“Qatarda”) çəkilib.

4. 1 may 1936-cı ildə tanınmış dilçi alim, akademik Tofiq Hacıyev (1936 -27.11.2015) Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Azərbaycan ədəbi dilinin tarixi, türkologiya üzrə əsərlərin müəllifidir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub. 

5. 1 may 1938-ci ildə Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru Ataxan Paşayev Naxçıvan MR Culfa rayonunun Başkənd kəndində anadan olub. 

6. 1 may 1940-cı ildə Xalq artisti, müğənni, bəstəkar Niyaməddin Musayev İmişlidə doğulub. 

7. 1 may 1941-ci ildə Xalq rəssamı Mayis Ağabəyov anadan olub. 20-dən çox filmin quruluşçu rəssamıdır: “Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s. Dövlət Rəssamlıq Akademiyasının professorudur.

8. 1 may 1947-ci ildə bəstəkar, Əməkdar incəsənət xadimi Rauf Əliyev; 1947 – 14.6.2017) Şuşada anadan olub. Simfonik, instrumental və kamera əsərləri, filmlərə (“Yalan”, “Fəryad” və s.) musiqi yazıb. 

9. 1 may 1950-ci ildə yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (24.3.1872 – 1950) vəfat edib. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Döyüşən şəhər”, “Gizli Bakı” romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.

10. 1 may 1959-cu ildə Xalq artisti Firəngiz Mütəllimova Ağcabədi rayonunda doğulub. Milli Dram Teatrında çalışır. Teletamaşalarda (“Səni axtarıram”, “Evləri köndələn yar”), kinoda (“Qaçaq Nəbi”) yaddaqalan obrazlar yaradıb.(Bizim.Media)

Post navigation

Previous: UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start veriləcək
Next: I sinifə şagird qəbulu BAŞLAYIR

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 110419
  • Cəmiyyət

Azərbaycan XİN Uruqvayı təbrik edib

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 101801
  • Cəmiyyət

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-24 184926
  • Cəmiyyət

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Cavidan 24 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 988)
  • Dünya (1. 029)
  • Gündəm (3. 309)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib YI5ZNAG9DimuvThIs7zRId0h1AiPfO5V5tilcczq_1200 1
  • Kateqoriyasızlar

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

25 Avqust, 2026
Azərbaycan XİN Uruqvayı təbrik edib Screenshot 2026-08-25 110419 2
  • Cəmiyyət

Azərbaycan XİN Uruqvayı təbrik edib

25 Avqust, 2026
Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək Screenshot 2026-08-25 101801 3
  • Cəmiyyət

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

25 Avqust, 2026
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb Screenshot 2026-08-25 094005 4
  • İqtisadiyyat

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

25 Avqust, 2026
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb Screenshot 2026-08-24 184926 5
  • Cəmiyyət

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

24 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2988) Dünya (1029) Gündəm (3309) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.