Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Artıq gələn həftə məhkəməyə gəlməlidirlər
  • Cəmiyyət
  • Gündəm

Artıq gələn həftə məhkəməyə gəlməlidirlər

Talassemiyalı uşaqların müalicəsi üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə həbs edilən Nuridə Seyidova və iki işçisi –
Cavidan 9 Aprel, 2025
hekim

Talassemiyalı uşaqların müalicəsi üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə həbs edilən Nuridə Seyidova və iki işçisi – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfinin təqdim etdiyi bütün şahidlər dindirilib.

Prosesin davamında Aynur Bayramovanın səhhəti ilə bağlı ev dustaqlığına buraxılması istənilib. Vəsatət bu dəfə də təmin edilməyib.

Əvvəlki prosesdə zərərçəkmişlər işdə adı keçən üç həkimin əlavə şahid kimi dindirilməsini istəmişdi. Bunlar Mərkəzi Gömrük Hospitalının cərrahı Mir Cəlal Kazımi, hadisə baş verən vaxt Talassemiya Mərkəzinin baş həkimi işləmiş Xuraman Cəfərova, mərkəzin ovaxtkı direktoru Valeh Hüseynovdur.

Bu gün istintaq materiallarının tədqiqinə keçməzdən əvvəl xanım müttəhimlər həmin vəsatəti yada salıblar. Onlar sözügedən şəxslərin dindirilməsinin vacib olduğunu deyiblər.

Məhkəmə təqsirləndirilən şəxslərin təklifi ilə razılaşıb. Hakim Azad Məcidov həkimlərin dindirilməsini iş üçün əhəmiyyətli hesab edib.

Qərara alınıb ki, Mir Cəlal Kazımi, Xuraman Cəfərova və Valeh Hüseynov gələn həftə üçün məhkəməyə çağırılsın. Onların iştirakını təmin etmək üçün proses təxirə salınıb.

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Ermənistanda hərbçi mina partlayışı nəticəsində yaralanıb
Sonrakı: “Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır”

Bölmənin digər xəbərləri

6ace27f4e7ed26ace27f4e7eb(2)
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

Cavidan 13 Oktyabr, 2026
AZkdKUX7yURgCSsI V
  • Cəmiyyət

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Cavidan 13 Oktyabr, 2026
6ac8f3a1baa866ac8 b
  • Cəmiyyət

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Cavidan 13 Oktyabr, 2026

Teqlər

2026 Alış-veriş Android AnTuTu Apple Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health iPad Pro iPhone 18 Pro Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Mobile Stories Texnologiya Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 267)
  • Dünya (1. 082)
  • Gündəm (3. 456)
  • İdman (247)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (9)

Xəbər Trendi

Professor Tərlan Quliyev vəfat edib 6ace27f4e7ed26ace27f4e7eb(2) 1
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr, 2026
FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb 6ace189486be46ace1 2
  • İdman

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

13 Oktyabr, 2026
XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir vvv 3
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

13 Oktyabr, 2026
AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri 4
  • Texnologiya

AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri

13 Oktyabr, 2026
AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı 5
  • Texnologiya

AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3267) Dünya (1082) Gündəm (3456) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (9) İdman (247) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 180
  • 145
  • 4. 647

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.