Skip to content
17 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Jurnalistlər üçün yeni müsabiqə – ŞƏRTLƏR
  • Cəmiyyət

Jurnalistlər üçün yeni müsabiqə – ŞƏRTLƏR

Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi,
Cavidan 3 Aprel, 2025
1743667738_mm

Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsi elan edib.

Modern.az saytı müsabiqənin şərtlərini diqqətə çatdırır:
 
1. Müsabiqənin istiqamətləri

“Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda yaradıcılıq müsabiqəsi üzrə istiqamətlər aşağıdakılardır:

 Şəbəkə marketləri, kiçik və orta bizneslərin inkişafı;

 Yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkə marketlərinin rolu;

 Logistikanın inkişafı və şəbəkə marketləri;

 Şəbəkə marketlərinin qısa (və optimal) ərzaq tədarükü zəncirinin yaradılmasında rolu;

 Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi;

 İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkə marketləri;

 AQTA və digər requlyatorların şəbəkə marketlərinin inkişafında rolu;

 Şəbəkə marketlərinin yeni iş yerlərinin (qadın və gənc) yaranmasında daşıdığı missiya;

 Şəbəkə marketləri qeyri-neft sektorunda böyük vergi ödəyicisi kimi;

 Şəbəkə marketlərinin və ölkədə investisiya mühiti;

 Şəbəkə marketlərinin ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətində rolu;

 Şəbəkə marketlərinin iqtisadiyyatda tələb-təklif qanununun işləməsindəki rolu.


Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hamısı eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.


2. Müsabiqə üzrə mükafatlandırma
 

Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:

• I yer – 3 nəfər – hər biri 1500 manat

• II yer – 3 nəfər – hər biri 1000 manat

• III yer – 3 nəfər – hər biri 800 manat

• Həvəsləndirici mükafat – 10 nəfər – hər biri 300 manat

Müsabiqə laureatlarının adları 2025-ci il may ayının ikinci ongünlüyündən gec olmayaraq açıqlanacaq.


3. Müsabiqə şərtləri
 

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

• Mövzunun dolğun əhatə edilməsi səviyyəsinə;

• Faktlardan düzgün istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;

• İfadə vasitələrinin zənginliyinə;

• Oxucu üçün informasiyalılıq dərəcəsinə;

• Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.


Müsabiqəyə 3 aprel 2025-ci il tarixindən 3 may 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanmış, həmçinin telekanallarda efirə verilmiş videomateriallar, videoçarxlar, radiolarda səsləndirilmiş audiomateriallar buraxılacaq.


Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları 7 dəqiqəni keçməməlidir. Müsabiqə materiallarında Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır. Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq. Müsabiqə materialının müəllifi konkret media subyektində çalışmalı və material onun çalışdığı media subyektində yayımlanmalıdır.


4. Yazıların təqdim edilməsi


Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

– müəllifin konkret media subyektində işləməsi və ya əməkdaşlıq etməsi barədə sənədin (vəsiqənin və ya media subyektindən arayışın) surəti;

– şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

– şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

– müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;

– materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);

– diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);

– yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.


Təqdimatda yer almalıdır:
 

• Müsabiqə yazısı (“Word” faylında, imzasız);

• Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);

• Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən “link” və sair vasitələr;

• Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud “Word” faylında);

• Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.

Müsabiqəyə yazılar və multimedia materialları info@presscouncil.az elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 3 aprel 2025-ci il tarixdən 3 may 2025-ci il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz, 4 ünvanında (əvvəlki Teymur Əliyev, 38 ünvanı) – Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə: (+994 12) 441 35 96

Mobil/vatsap: (+994 50) 242 09 91, (+994 55) 789 85 03

Post navigation

Previous: Trampın qərarı Azərbaycanda bu məhsulları bahalaşdıracaq – SİYAHI
Next: Rəhbərlər Sarkisyanla Babayan idi – Ermənilərin məhkəməsində ETİRAF

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-15 130617
  • Cəmiyyət

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq – PROQNOZ

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 115628
  • Cəmiyyət

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 101322
  • Cəmiyyət

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

Cavidan 15 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 947)
  • Dünya (1. 014)
  • Gündəm (3. 281)
  • İdman (217)
  • İqtisadiyyat (152)
  • Kateqoriyasızlar (193)
  • Kriminal (269)
  • Mədəniyyət (93)
  • Siyasət (397)
  • Texnologiya (15)

Xəbər Trendi

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Screenshot_20260817_123544_com_android_chrome_ChromeTabbedActivity 1
  • Siyasət

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Avqust, 2026
İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb Screenshot_20260817_121213_com_android_chrome_ChromeTabbedActivity 2
  • Kateqoriyasızlar

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

17 Avqust, 2026
İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib Screenshot_20260817_113528_com_android_chrome_ChromeTabbedActivity 3
  • Siyasət

İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

17 Avqust, 2026
Qaradağda yük maşını aşıb Screenshot_20260817_103637_com_android_chrome_ChromeTabbedActivity 4
  • Kriminal

Qaradağda yük maşını aşıb

17 Avqust, 2026
Premyer Liqada I tura bu gün yekun vurulacaq Screenshot_20260817_092609_com_android_chrome_ChromeTabbedActivity 5
  • Kateqoriyasızlar

Premyer Liqada I tura bu gün yekun vurulacaq

17 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2947) Dünya (1014) Gündəm (3281) Kateqoriyasızlar (193) Kriminal (269) Mədəniyyət (93) Siyasət (397) Texnologiya (15) İdman (217) İqtisadiyyat (152)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.