Skip to content
14 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 078)
  • Dünya (3. 262)
  • Gündəm (11. 405)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Trampın qərarı Azərbaycanda bu məhsulları bahalaşdıracaq – SİYAHI

ABŞ prezidenti Donald Tramp yeni vergi tariflərini açıqlayıb. ABŞ-ın digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər,
Cavidan 3 Aprel, 2025

ABŞ prezidenti Donald Tramp yeni vergi tariflərini açıqlayıb.

ABŞ-ın digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər, rüsumlar – red) dərəcələri  10-50 faiz arasında dəyişir.

Siyahıya əsasən Azərbaycan ABŞ-ın 10% gömrük vergisi tətbiq edəcəyi ölkələr siyahısındadır. Qeyd edilib ki, Azərbaycan ABŞ-a 10% vergi tətbiq etdiyi üçün ABŞ da Azərbaycana 10 % vergi tətbiq edir.

Tramp ABŞ-ın ticarət müstəqilliyini bərpa etmək məqsədilə bu tarifləri tətbiq edəcəyini vurğulayıb və ölkəsinin iqtisadi gücünün yenidən yüksələcəyini bəyan edib. Açıqlamalara görə ABŞ-ın yeni tarifləri aprelin 5-dən etibarən qüvvəyə minəcək və minimum tarif dərəcəsi 10 % olacaq.

Bu tariflərin Azərbaycan mənşəli məhsullara təsiri necə olacaq?

Qeyd edək ki, ABŞ Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 753 milyon dollar olub. Bu göstəriciyə görə ABŞ ticarət tərəfdaşları sırasında 4-cü yerdədir. Amerikanın bu mövqedə olması Azərbaycana idxalla bağlıdır. Belə ki, ticarət dövriyyəsinin 94 faizini Amerikadan gətirilən mallar təşkil edir. 

Azərbaycanın xarici ticarət dövrüyyəsində ABŞ-ın payı 3,68 faizdir. Ölkəyə gətirilən malların 7,68 faizi Amerikadan gətirilir. Azərbaycanın ixracında Amerikanın payı heç 1 faizə də çatmır. Ötən ilin sonunda bu göstərici 0,51 faiz olub. 

Azərbaycandan ABŞ-a əsas ixrac məhsulları təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, avadanlıqlar və mexaniki qurğular, kimya məhsulları, radio və radar avadanlıqlarıdır. Bu ildən bu siyahıya yumurta da əlavə olunacaq. 

Azərbaycanın ABŞ-dan idxal etdiyi məhsullar isə qiymətli metallar (qızıl, alüminium), mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri, yerüstü nəqliyyat vasitələri, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri, borular, çənlər və onlara aid hissələrdir. 

Gömrük rüsumlarının artırılması Azərbaycandan ABŞ-a ixrac edilən məhsulların qiymətini artıracaq. Bu ABŞ bazarında həmin məhsulların daha bahalı olmasına gətirib çıxaracaq. Bu da məhsulların rəqabətqabiliyyətini qismən azalda bilər. 

Yüksək rüsumlar Azərbaycan ixracatçılarının yükünü artıracaq. Onlar qiymətləri tənzimləmək məqsədilə əlavə xərcləri ya özləri üzərlərinə götürməli, ya da qiymətləri artırmalı olacaqlar. 

Amma nəzərə almaq lazımdır ki, Azərbaycandan ABŞ-a əsasən xalça, toxuculuq malları, şərab məmulatları və digər əl işləri məhsulları kimi unikal və premium məhsullar ixrac edilir. Onların da öz alıcıları var. 

Əgər Azərbaycan məhsullarıbnın  rəqabət qabiliyyəti azalarsa Azərbaycan ixracatçıları digər bazarlara, xüsusən Avropa, Asiya və yaxın Şərq bazarlarına yönələ bilərlər. 

Ümumilikdə, ABŞ tərəfindən tətbiq edilən 10% gömrük rüsumlarının artırılması Azərbaycan üçün ciddi itkilər vəd etmir. Azərbaycandan bu ölkəyə ixracın zəif olması bunu deməyə əsas verir. Üstəlik  Azərbaycandan Amerikaya ixrac olunan məhsulların çeşidi də çox deyil.

Qeyd edək ki, Tramp xüsusilə Çinə qarşı sərt mövqe göstərərək 67% rüsum tətbiq edir. Yeni tarif siyahısında ən yüksək tariflər Afrikadakı bəzi ölkələrə, məsələn, Lesoto, Kamboca, Laosa və Madaqaskara tətbiq ediləcək. Həmçinin, Vyetnam, Şri Lanka, Myanma kimi ölkələr də yüksək tariflərə məruz qalacaq. Azərbaycana və Türkiyəyə isə 10% gömrük rüsumu qoyulacağı açıqlanıb.

Dərc edilən siyahıya görə ən yüksək tarif Lesotoya (50%), Kambocaya (49%), Laosa (48%), Madaqasqara (48%), Vyetnama (46%), Şri-Lankaya (44%) və Myanmara (44%) tətbiq edilir.

Bundan əlavə, Tramp, ABŞ-a xaricdən gətirilən avtomobillərə 25% gömrük rüsumu tətbiq ediləcəyini də qeyd edib. O, bu tariflərin ABŞ istehsalçıları üçün daha güclü rəqabət və istehlakçılar üçün aşağı qiymətlər yaradacağına inandığını bildirib.

Yeni tariflər həmçinin ABŞ-ın ticarət tərəfdaşları ilə daha bərabər şərtlər üzərində əlaqələr qurmağı məqsəd qoyur.

1426138

Continue Reading

Previous: Dini Komitənin sədri Zərdabda vətəndaş qəbulu keçirəcək
Next: Jurnalistlər üçün yeni müsabiqə – ŞƏRTLƏR

Bölmənin digər xəbərləri

Bakıda market və bank kartından oğurluq edilib
  • Gündəm

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
  • Cəmiyyət

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib
  • Cəmiyyət

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026

Top 7 Xəbər

Bakıda market və bank kartından oğurluq edilib 1

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 2

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib 3

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026
Azərbaycan neftinin qiyməti 109 dolları keçib 4

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

14 Mart, 2026
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 5

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13 Mart, 2026
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 6

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

13 Mart, 2026
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 7

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 078)
  • Dünya (3. 262)
  • Gündəm (11. 405)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9078) Dünya (3262) Gündəm (11405) Kateqoriyasızlar (473) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda market və bank kartından oğurluq edilib 14 Mart, 2026
  • Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 14 Mart, 2026
  • Bakıda NATO-nun kursu keçirilib 14 Mart, 2026
  • Azərbaycan neftinin qiyməti 109 dolları keçib 14 Mart, 2026
  • Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.