Skip to content
24 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Fitrə-zəkatının məbləği və verilmə qaydaları açıqlandı
  • Cəmiyyət
  • Gündəm

Fitrə-zəkatının məbləği və verilmə qaydaları açıqlandı

Şəriətə əsasən fitrənin miqdarı ən çox istifadə olunan ərzaq məhsullarına uyğun müəyyən edilir. Bu, əsasən 3 kiloqram buğda,
Cavidan 24 Mart, 2025
qmi_esas_54

Şəriətə əsasən fitrənin miqdarı ən çox istifadə olunan ərzaq məhsullarına uyğun müəyyən edilir. Bu, əsasən 3 kiloqram buğda, un və ya digər əsas qida məhsullarıdır. Bundan daha dəyərli ərzaqlar – düyü, xurma və kişmiş də fitrə hesablanarkən nəzərə alına bilər. Lakin fitrəni ərzaq şəklində yoxsula vermək bəzi hallarda praktiki çətinliklər yaradır. Bir yoxsula 40-50 kiloqram buğda, un və ya düyü təqdim etmək müəyyən narahatlıqlara səbəb ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

O bildirib ki, hər il olduğu kimi, bu il də fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur:

“Bu il də fitrə məbləği adambaşına 10-15 manat arasında müəyyən olunmalıdır. Hər bir ailə üzvü üçün uyğun məbləğ hesablanaraq çıxarılmalıdır. Məsələn, beş nəfərlik bir ailə ən azı 50 manat fitrə pulu verməlidir. İmkanları məhdud olanlar daha aşağı məbləğdən hesablaya bilərlər – məsələn, buğda və undan hesablayaraq. Ancaq normal yaşayış səviyyəsinə malik insanlar düyü, kişmiş və xurma kimi daha dəyərli ərzaqlara əsasən fitrə çıxarmalıdırlar”.

QMİ rəsmisinin sözlərinə görə, fitrə-zəkatın verilməsi də xüsusi qaydalara malikdir:

“O, ilk növbədə yoxsullara, ehtiyacı olanlara çatdırılmalıdır. Ən yaxşısı, əvvəlcə qohum-əqrəba arasında ehtiyacı olanlara verməkdir. Əgər qohumlar arasında belə biri yoxdursa, onda qonşular və ətrafdakılar arasında axtarılmalıdır”.

Hacı Fuad qeyd edib ki, fitrə-zəkat bayram namazına qədər verilməlidir:

“Fitrə zəkatı bayram axşamı çıxarılır. Lakin onun bayram günü, bayram namazına qədər verilməsi daha doğrudur. Ramazanın fitrə-zəkat fəlsəfəsi ondan ibarətdir ki, hamımız bayram sevincini paylaşırıq və bir-birimizə diqqət göstəririk. Fitrə zəkatını çıxarmaq vacibdir. Oruc tutan və tutmayan hər bir kəs ailə üzvlərinin sayına uyğun məbləği hesablayıb fitrə zəkatını verməlidir. İmkanı olmayanlar isə dua etsin və Allahdan bağışlanmaq diləsin. Allah duaları eşidəndir”.

Post navigation

Previous: Ukrayna nümayəndə heyəti əlavə məsləhətləşmələr üçün Ər-Riyadda qalır
Next: 1125-ci gün: Rusiyanın itkiləri yeniləndi

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-24 161109
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-24 151828
  • Dünya

“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

Cavidan 24 Avqust, 2026
Screenshot 2026-08-24 144155
  • Gündəm

UEFA Konfrans Liqası: “Qarabağ”la oyun üçün Bakıya “Tvente”nin 150-dək azarkeşi gələcək

Cavidan 24 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 984)
  • Dünya (1. 029)
  • Gündəm (3. 309)
  • İdman (222)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (199)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar Screenshot 2026-08-24 170453 1
  • Kateqoriyasızlar

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

24 Avqust, 2026
Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx Screenshot 2026-08-24 161109 2
  • Dünya

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

24 Avqust, 2026
“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib Screenshot 2026-08-24 151828 3
  • Dünya

“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

24 Avqust, 2026
UEFA Konfrans Liqası: “Qarabağ”la oyun üçün Bakıya “Tvente”nin 150-dək azarkeşi gələcək Screenshot 2026-08-24 144155 4
  • Gündəm

UEFA Konfrans Liqası: “Qarabağ”la oyun üçün Bakıya “Tvente”nin 150-dək azarkeşi gələcək

24 Avqust, 2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib Screenshot 2026-08-24 115911 5
  • Cəmiyyət

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

24 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2984) Dünya (1029) Gündəm (3309) Kateqoriyasızlar (199) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (222) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.