Skip to content
23 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Bu gün Azərbaycanda Novruz bayramıdır
  • Cəmiyyət

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün – martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.Yaz fəslinin Azərbaycana daxil olması Bakı vaxtı ilə saat
Cavidan 20 Mart, 2025
1742442901278150075_1200x630-(1)

Bu gün – martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.

Yaz fəslinin Azərbaycana daxil olması Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu təntənəli və həm də yeni ilin, yeni günün – Novruzun gəlişinə azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Xalq inamına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel, nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da s hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam – od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.

Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtlik əlamətidir.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Xatırladaq ki, UNESCO Novruz bayramını 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub
Sonrakı: Mehriban Əliyeva Novruz bayramı ilə bağlı paylaşım edib

Bölmənin digər xəbərləri

ZN8SEt6sxrb1bqZK3b
  • Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq

Cavidan 23 Oktyabr, 2026
GHhYTK7Ev97V3cp5KNnxIv
  • Cəmiyyət

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

Cavidan 23 Oktyabr, 2026
377fb741-90d7-v
  • Cəmiyyət

Sabah bəzi yerlərdə yağış yağacaq

Cavidan 23 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese Bee Birbank Business ChatGPT Cybersecurity Elektromobil Epic Games Store fotoaparat Fraud Detection Fujifilm geympad Google Chrome Instax Square 2 Microsoft Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science SheMatters Pakistan spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 335)
  • Dünya (1. 091)
  • Gündəm (3. 476)
  • İdman (253)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (444)
  • Texnologiya (27)

Xəbər Trendi

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq ZN8SEt6sxrb1bqZK3b 1
  • Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq

23 Oktyabr, 2026
Salyanda avtoqəza olub, ölən və yaralananlar var ceb8ec9a-366c-316b-ve_1200 2
  • Gündəm

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

23 Oktyabr, 2026
MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək GHhYTK7Ev97V3cp5KNnxIv 3
  • Cəmiyyət

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

23 Oktyabr, 2026
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı miqyaslı dəyişikliklər təsdiq edildi – onlar kimlərə şamil olunacaq? Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı miqyaslı dəyişikliklər təsdiq edildi – onlar kimlərə şamil olunacaq? 4
  • Texnologiya

Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı miqyaslı dəyişikliklər təsdiq edildi – onlar kimlərə şamil olunacaq?

23 Oktyabr, 2026
Epic Games Store Sker Ritual və Home — A Unique Horror Adventure oyunlarını pulsuz təqdim edir Epic Games Store Sker Ritual və Home — A Unique Horror Adventure oyunlarını pulsuz təqdim edir 5
  • Texnologiya

Epic Games Store Sker Ritual və Home — A Unique Horror Adventure oyunlarını pulsuz təqdim edir

23 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3335) Dünya (1091) Gündəm (3476) Kateqoriyasızlar (241) Kriminal (305) Mədəniyyət (97) Siyasət (444) Texnologiya (27) İdman (253) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 537
  • 341
  • 6. 399

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.