Skip to content
12 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bu gün İlaxır çərşənbədir
  • Cəmiyyət
  • Gündəm

Bu gün İlaxır çərşənbədir

Bu gün Novruz bayramının sonuncu – İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur. Digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı
Cavidan 18 Mart, 2025
39ff929e-2c7f-365d-ae6c-09a67b5d72f5_850

Bu gün Novruz bayramının sonuncu – İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.

Digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.

Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Post navigation

Previous: Naxçıvanın iqlimini əks etdirən xəritə hazırlanıb
Next: Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub

Bölmənin digər xəbərləri

NFmXCokZWBlHu9 v
  • Cəmiyyət

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Cavidan 12 Oktyabr, 2026
bE_1200
  • Gündəm

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Cavidan 12 Oktyabr, 2026
HrORBeEahVUEHCvoxnsV
  • Cəmiyyət

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Cavidan 12 Oktyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 255)
  • Dünya (1. 081)
  • Gündəm (3. 452)
  • İdman (246)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (233)
  • Kriminal (298)
  • Mədəniyyət (96)
  • Siyasət (437)
  • Texnologiya (15)

Xəbər Trendi

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub NFmXCokZWBlHu9 v 1
  • Cəmiyyət

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

12 Oktyabr, 2026
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub bE_1200 2
  • Gündəm

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

12 Oktyabr, 2026
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq HrORBeEahVUEHCvoxnsV 3
  • Cəmiyyət

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

12 Oktyabr, 2026
Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm Screenshot_20261010_162103_com_android_chrome_ChromeTabbedActivity 4
  • Cəmiyyət

Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

10 Oktyabr, 2026
Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq AZkdKUX7yURgCSsI V 5
  • Cəmiyyət

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

10 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3255) Dünya (1081) Gündəm (3452) Kateqoriyasızlar (233) Kriminal (298) Mədəniyyət (96) Siyasət (437) Texnologiya (15) İdman (246) İqtisadiyyat (169)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.