Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzinin yaradılması gözlənilir
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzinin yaradılması gözlənilir

Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzi yarana bilər ki, bu da ölkənin rəqəmsal infrastrukturunun inkişafında mühüm addım
Cavidan 10 Mart, 2025
17416067863767363882_1200x630

Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzi yarana bilər ki, bu da ölkənin rəqəmsal infrastrukturunun inkişafında mühüm addım olacaq.

Bunu “Nokia”nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri və Avrasiya bölməsinin satış direktoru Aleksandr Şunin “Onlayn Azərbaycan” layihəsinin hesabat tədbirində panel müzakirəsi zamanı bildirib.

“Trafik artdıqca şəbəkələr optimallaşdırma və inkişaf tələb edir. Bu, Azərbaycana da təsir edəcək qlobal trenddir. Bu gün süni intellekt artıq sənayeyə əhəmiyyətli təsir göstərir. Bütün dünyada operatorlar şəbəkənin periferiya səviyyəsində (“edge computing”) yerli məlumat emalı mərkəzi yaradırlar. Bu proses Azərbaycanda da qaçılmazdır. Süni intellektə malik yerli məlumat mərkəzi yaradılan kimi texnologiyaların Azərbaycan dilinə uyğunlaşdırılması məsələsi ortaya çıxacaq”, – A.Şunin qeyd edib.

O vurğulayıb ki, bu prosesdə rabitə operatorları əsas rol oynayacaq: “Biz artıq qonşu ölkələrdə bənzər nümunələri görürük. Məsələn, Qazaxıstan süni intellektini qazax dili üçün uyğunlaşdırır. Əminəm ki, yaxın gələcəkdə oxşar addımlar Azərbaycanda da atılacaq”.

A.Şunin qeyd edib ki, süni intellekt sürətlə inkişaf etdiyi üçün bu proses növbəti bir neçə il ərzində başlamalıdır: “TOP10 əsas dünya dilləri artıq müxtəlif sistemlərə inteqrasiya olunub. Biz bu prosesin qonşu ölkələrdə necə inkişaf etdiyini görürük. Əminəm ki, yaxın gələcəkdə Azərbaycanda belə işlərin görülməsinə ehtiyac olacaq. Bu prosesdə əsas rolu operatorlar oynamalıdır. “Nokia” olaraq bunun üçün lazımi infrastrukturu təmin edirik. Biz təlim modelləri hazırlamasaq da, infrastruktur vendoru kimi rolumuz ölkənin məlumat mərkəzlərinin işini dəstəkləməkdir”.

Post navigation

Previous: Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq
Next: Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 150832
  • Gündəm

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 142826
  • Cəmiyyət

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 140344
  • Cəmiyyət

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Cavidan 25 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 992)
  • Dünya (1. 029)
  • Gündəm (3. 310)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (400)
  • Texnologiya (15)

Xəbər Trendi

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL Screenshot 2026-08-25 150832 1
  • Gündəm

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

25 Avqust, 2026
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB Screenshot 2026-08-25 142826 2
  • Cəmiyyət

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB

25 Avqust, 2026
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək Screenshot 2026-08-25 140344 3
  • Cəmiyyət

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

25 Avqust, 2026
Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq Screenshot 2026-08-25 130945 4
  • Cəmiyyət

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

25 Avqust, 2026
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub Screenshot 2026-08-25 124045 5
  • Cəmiyyət

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2992) Dünya (1029) Gündəm (3310) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (400) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.