Skip to content
26 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Həftəsonu 59 minə yaxın şagird üçün buraxılış imtahanı keçirəcək
  • Cəmiyyət
  • Gündəm

Həftəsonu 59 minə yaxın şagird üçün buraxılış imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. İmtahanda 58
Cavidan 6 Mart, 2025
336c0a06-1548-3913-9e4b-036d3cc1325b_850

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

İmtahanda 58 min 732 şagirdin iştirakı nəzərdə tutulur.

Belə ki, həmin gün Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux,Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan,Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayılda (M.Mehdizadə adına məktəb) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Martın 9-da Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərin, H.Əliyev və C.Naxçıvanski adına hərbi liseylərinin şagirdləri də imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

–  İmtahana buraxılış vərəqəsi;

–  Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a)  Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

–   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 26-dan etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4 430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5 523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb.

Martın 9-da keçiriləcək imtahanda 58 min 732 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Post navigation

Previous: Naxçıvanın bəzi kəndlərində su olmayacaq
Next: Cənubi Koreyada mərminin evə düşməsi nəticəsində 15 nəfər xəsarət alıb – YENİLƏNİB

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 183819
  • Cəmiyyət

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 180837
  • Cəmiyyət

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 171633
  • Cəmiyyət

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Cavidan 25 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 999)
  • Dünya (1. 029)
  • Gündəm (3. 312)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (400)
  • Texnologiya (15)

Xəbər Trendi

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib Screenshot 2026-08-25 183819 1
  • Cəmiyyət

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust, 2026
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib Screenshot 2026-08-25 180837 2
  • Cəmiyyət

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

25 Avqust, 2026
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ Screenshot 2026-08-25 171633 3
  • Cəmiyyət

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust, 2026
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir Screenshot 2026-08-25 165608 4
  • Cəmiyyət

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

25 Avqust, 2026
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM Screenshot 2026-08-25 163603 5
  • Cəmiyyət

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2999) Dünya (1029) Gündəm (3312) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (400) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.