Skip to content
18 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycanda bir sıra müavinətlərdə artım olub
  • Cəmiyyət

Azərbaycanda bir sıra müavinətlərdə artım olub

Azərbaycanda bir sıra müavinətlərdə artım olub. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib. O bildirib ki,
Cavidan 5 Mart, 2025
c30b11b7-2ee5-368a-9029-e152be66106d_850

Azərbaycanda bir sıra müavinətlərdə artım olub.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.

O bildirib ki, bu il icrasına başlanılan sosial paket çərçivəsində artıq bir sıra müavinətlərdə artım reallaşıb:

“Artımlar bu ildən etibarən minimum əmək haqqı məbləğinin dəyişməsi ilə bağlıdır. Belə ki, Azərbaycanda bəzi sosial müavinətlərin məbləği minimum əmək haqqı ilə birbaşa bağlıdır. Bu baxımdan minimum əmək haqqındakı dəyişiklik onların məbləğində artımlar ilə müşahidə olunur”.

V.Bayramov qeyd edib ki, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinətin məbləği minimum əmək haqqının 4 misili həcmindədir:

“Bu o deməkdir ki, həmin müavinətin məbləği artıq 1 380 manatdan 1 600 manatadək (400 manat X 4) yüksəlib.
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlərdə minimum əmək haqqı məbləğinə uyğun olaraq artırılıb. Belə ki, peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq) ödənilir. Məsələn, peşə əmək qabiliyyətinin itirmə faizi 80 faizdirsə o zaman həmin aylıq müavinətin məbləği 276 manatdan 320 manatadək artırılıb. Belə hallarda dünyasının dəyişənlərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği isə 345 manatdan 400 manata çatdırılıb”.

Bundan başqa, artımın baş verdiyi digər ödəniş dəfn üçün müavinətdir. Belə ki, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir. Bu o deməkdir ki, pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksəlib.

Deputat əlavə edib ki, minimum əmək haqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət və təqaüdlərdəki artımlarla bağlı da yaxın zamanlarda qərarlar veriləcək:

“Dövlət başçısı tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq. Nazirlər Kabineti tərəfindən təkliflər bu ayın ikinci yarısı təqdim olunacaq”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: D-8 Azərbaycanın təşkilatın inkişafına fəal töhfə verəcəyinə ümid edir
Sonrakı: Kəmaləddin Heydərov yanğın yerinə getdi

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 52
  • 50
  • 4. 942

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.