Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Fransız casusun məhkəməsində etiraf: Səfirliyin nümayəndələri diplomatik örtük altında təhlükəli işlə məşğul olublar
  • Cəmiyyət
  • Gündəm

Fransız casusun məhkəməsində etiraf: Səfirliyin nümayəndələri diplomatik örtük altında təhlükəli işlə məşğul olublar

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi
Cavidan 27 Fevral, 2025
7f95e98c-a6ec-3c78-b706-3b6fe327a3c4_850

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində yerli va xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.

Prosesdə təqsirləndirilən Martin Ryan ifadə verib.

O bildirib ki, səfirlikdə işləyən 3 nəfər şəxslə əlaqəsi olub:

“Onlar Fransa xüsusi xidmət orqanlarının əməkdaşları idi. Onlar əvvəlcə mənə kəşfiyyatçı kimi yaxınlaşmırdı. Onlar pul müqabilində təhlükəli bir iş dedilər, mən qəbul etmədim. Mən onların agent olduğunu bildim. Onların davranışları və mənə verdikləri suallardan bu bəlli idi. Onlar Fransa ilə rəqabətdə olan ölkələrlə maraqlanırdılar. Onlar bu işdə azərbaycanlılardan istifadə etmək istəyirdilər. Hətta onlar burada və digər ölkələrdə yaşayan fransızdilli Azərbaycan vətəndaşları ilə əlaqələr yaradılması istiqamətində fəaliyyət göstərirdilər. Azad Məmmədliyə də onlar iş təklif etmişdilər. Onlarla əlaqəni sonlandıra bilmədim. İndi buna görə peşmanam. Çox səhv etmişəm. Problemləri görüb, yaxşı qiymətləndirə bilmədim. Təəssüf ki, Azərbaycanın mənə olan etimadını itirmişəm. Mənə olan inamdan sui-istifadə etmişəm. Bu məsələdə günahkar Fransa hökumətidir. Səfirliyin əməkdaşları diplomatik örtük altında təhlükəli işlə məşğul olublar, Fransa hökuməti məni manipulyasiya edib”.

Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib:

“Azərbaycana biznes məqsədilə gəlmişəm. Azərbaycanın çox qədim tarixi var. Xaricdə xeyli azərbaycanlıyla tanış olmuşam. 2015-ci ildə turist kimi də Azərbaycana gəlmişəm. 2016-cı ildə Ramin adlı azərbaycanlı dostumla burada iş qurduq. 2 ilə yaxın burada Raminə kömək etdim. Bu vaxt mənim Fransa səfirliyi ilə əlaqələrim yarandı. 2019-cu ildə Ramin mənə daha bir iş təklifi etdi, razılaşdım. Fransa şirkətlərini Qafqaza cəlb edirdilər. Bu qeyri-neft sektoru ilə bağlıydı. Azərbaycan-Fransa arasında yaxşı əlaqələr var idi. Şirkət yaratdıq və mən menecer kimi çalışdım. Hər şeyi Fransada qoyub, Bakıya köçdüm. Mən Azərbaycana normal iş qurmaq məqsədilə gəlmişdim. İş adamı kimi Fransa səfirliyi ilə əlaqələrim yarandı. Azərbaycan dilini müəyyən qədər öyrəndim.

Fransa kəşfiyyatının nümayəndələri ilə daha təhlükəsiz yer hesab edilən Fransa səfirliyinin inzibati binasında və ya ictimai yerlərdə görüşürdük. Onların mənlə yaratdığı əlaqə şəxsi əlaqə idi. Sadəcə mənim etibarımdan sui-istifadə ediblər. Məni bu məxfi fəaliyyətə cəlb ediblər. Həssas məsələlər olurdu, sual verirdilər, mən də cavab verirdim. Mənimlə görüşənlərdən biri, bayaq dediyim kimi, təhlükəli iş təklif etdi, qəbul etmədim. Onlar Azadı da bu işə cəlb etmişdilər. İstəkləri Azərbaycanda fransızca danışan ziyalı şəxsləri bu işə cəlb etmək idi. Azadın da səfirlikdəki həmin şəxslərlə əlaqəsi var idi, mütəmadi görüşürdülər. Azadla başa düşdük ki, bizi manipulyasiya ediblər. Onlar bizə bu fəaliyyətimizin müqabilində təhlükəsizlik zəmanəti vermişdilər. Çünki onlar diplomat idi. Bizimlə görüşənlərin hamısı səfirliyin eyni idarəsində yüksək vəzifələrdə fəaliyyət göstərirdilər.

Onlar deyirdi ki, Azərbaycanda nə baş verirsə, onlara da məlumat verək. İranla, Rusiya ilə bağlı məsələləri öyrənmək istəyirdilər. Tapşırırdılar ki, İran və Rusiyalı biznesmenlərə inanmayaq.

Səfirlikdə çalışan 4-cü agent də olub, onunla mənim heç bir əlaqəm olmayıb. Həmin adam Azadla əlaqədə olub. Lakin mən onunla bir dəfə görüşmüşəm. Ölkələrarası münasibətlər gərginləşəndə mən Azadla onlara suallar verirdik. Soruşurduq ki, onlarla əlaqələrimiz qırıla bilərmi? Onlar isə heç bir problemin olmadığını demişdilər.

Həbs olunandan sonra Fransa hökumətindən kömək istəmişəm. Fransa hökumətinin bunlardan xəbəri olub.

Dekabrın 20-də Makron sərəncam verərək Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bununla da Fransa hökuməti öz xüsusi xidmət orqanları vasitəsilə Azərbaycanda həyata keçirmək istədiyi kəşfiyyat fəaliyyətinin uğursuzluqla nəticələnməsini bir növ etiraf etmiş oldu. Jerom və Loran dekabrın 26-da Azərbaycandan deport edilib. O agentləri də istintaq orqanı çağırıb. Onlar yaxşı bilirdilər ki, Azadla mən tutulmuşuq. Lakin onlar DTX-yə gəlməkdən imtina etdilər. Həmin şəxslər bizi xilas etmək üçün gəlmədilər. Fransa mediasında mənim haqqımda bir məlumat yox idi. Atam “Franspress”lə əlaqə yaradaraq mənim həbsimi məlumat verib. Lakin həmin media orqanı da bu barədə informasiya vermədi. Sonra da bir erməni bloger vasitəsilə mənim həbsim ictimailəşdi. Sonra Fransa hökuməti bəyənat verdi və həbsimin qeyri-qanuni olduğunu dedi. Mən Fransa hökumətini qınayıram ki, həbsimin bir ayına qədər niyə susmuşdular. Sonradan atamı Fransa Xarici İşlər Nazirliyinə çağıraraq söhbətlər ediblər və həmin şəxslərin guya “akkreditə olunmuş diplomatlar” olduğunu bildiriblər. Sonra atam məsələni aydınlaşdırmaq üçün Fransa xüsusi xidmət orqanlarına müraciət edib. Lakin indiyə qədər ona cavab verən olmayıb. Atam müraciətinin cavabsız qaldığını görərək, məsələni məhkəmə predmetinə çevirmək niyyətindədir. Mən də atamın bu mövqeyini dəstəkləyirəm”.

Martin Ryan bu işdə günahkarın Fransa hökuməti olduğunu dilə gətirib:

“Həmin agentləri buraya Fransa hökuməti göndərib. İndi bütün bu işləri onlar yoluna qoymalıdır. Mən bu işdə çox əziyyət çəkmişəm. 1 il 3 aydır həbsdəyəm, işlərimi itirmişəm. Uzunmüddətli proyektlərim vardı. Ev almışdım, burada evlənəcəkdim. Hesab edirəm ki, Fransa hökuməti mənimlə dürüst davranmalı, mənə kömək etməli, həmin agentlərin davranışına görə Azərbaycan dövləti qarşısında məndən üzr istəməlidir.
Mənim həbsim onların dedikləri kimi qeyri-qanuni idisə, niyə bir şey etmədilər.

Öz vətəndaşlarının müdafiəsi cəhətdən Azərbaycan hökumətini nümunə göstərmək istəyirəm”.

Məhkəmənin növbəti prosesi martın 12-nə təyin edilib.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Martin Ryan və digərləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin dövlətə xəyanət ittihamı ilə mühakimə olunduğu bəlli olub.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İlham Əliyevin Qvineya-Bisau Prezidenti ilə təkbətək görüşü başlayıb
Next: Aİ liderləri Londonda Ukrayna danışıqlarında iştirak edəcək

Bölmənin digər xəbərləri

Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Cavidan 30 İyun, 2026
sabina_aliyeva_200121
  • Cəmiyyət

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 124216
  • Cəmiyyət

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 665)
  • Dünya (3. 430)
  • Gündəm (11. 913)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity 1
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

30 İyun, 2026
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb Screenshot_20260630_143644_com_android_chrome_ChromeTabbedActivity 2
  • Dünya

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

30 İyun, 2026
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür sabina_aliyeva_200121 3
  • Cəmiyyət

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

30 İyun, 2026
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib Screenshot 2026-06-30 124216 4
  • Cəmiyyət

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

30 İyun, 2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib Screenshot 2026-06-30 115604 5
  • Cəmiyyət

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

30 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9665) Dünya (3430) Gündəm (11913) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.