Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • AAM: Bu il “Dəmirli” yatağında hasilat bərpa ediləcək
  • Cəmiyyət
  • Gündəm

AAM: Bu il “Dəmirli” yatağında hasilat bərpa ediləcək

Böyük Britaniyanın “Anglo Asian Mining PLC” (AAM) şirkəti işğaldan azad edilmiş və hazırda Tərtər rayonunun ərazisində yerləşən “Dəmirli”
Cavidan 26 Fevral, 2025
441dda63-a055-39c1-8d4f-c9213ac12bea_850

Böyük Britaniyanın “Anglo Asian Mining PLC” (AAM) şirkəti işğaldan azad edilmiş və hazırda Tərtər rayonunun ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında bu ilin sonuna qədər istehsalı bərpa etməyi planlaşdırır.

Bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, şirkət mədən mülkiyyətinin qiymətləndirilməsini davam etdirir: “Hazırda təqdim olunan əməliyyat təlimatlarına “Dəmirli” yatağı ilə bağlı hər hansı istehsal, dövriyyə və ya məsrəflər daxil deyil. Onların miqdarı hasilatın bərpa olunacağı tarixdən asılı olacaq”.

Məlumatda qeyd olunub ki, şirkət 2025-ci ilin sonunda, zərurət yaranarsa, əməliyyat təlimatlarına əlavə yeniləmələr edəcək.

“Dəmirli” yatağı Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxildir. Keçmiş Ağdərə rayonunun tərkibində olmuş Dəmirli kəndi, 1992-ci il oktyabrın 13-də Milli Məclisin qərarı ilə Tərtər rayonuna verilib. Bu yataq Azərbaycanın ən iri mis ehtiyatlarından birinə malikdir. Yataqda təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatının olduğu bildirilir.

2019-cu ildə “Azersky” peyk təsvirləri vasitəsilə 740 hektar ərazidə ermənilər tərəfindən qanunsuz geoloji kəşfiyyat, hasilat və infrastruktur tikinti işlərinin aparıldığı müəyyən edilib. Ermənilər bu kəndi Kaşen adlandırırlar.

Qeyd edək ki, hazırda “Anglo Asian Mining” şirkəti 2 yataqda hasilat aparır. “Gədəbəy” yatağında ilk qızıl hasilatı 2009-cu ildə, gümüş hasilatı isə 2010-cu ildə başlanıb. “Qoşa” yatağı 2013-cü ilin sentyabrından işlənilir. Bu il ərzində “Vejnəli” və “Gilar” yataqlarında hasilatın başlanması planlaşdırılır.

Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.

Post navigation

Previous: Kiyevdə ABŞ ilə nadir torpaq metallarına dair sazişin bağlanması əleyhinə mitinq keçirilir
Next: Ceyhun Bayramov Səudiyyə Ərəbistanının XİN başçısı ilə görüşüb

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 142826
  • Cəmiyyət

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 140344
  • Cəmiyyət

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 130945
  • Cəmiyyət

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Cavidan 25 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 992)
  • Dünya (1. 029)
  • Gündəm (3. 309)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB Screenshot 2026-08-25 142826 1
  • Cəmiyyət

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb – YENİLƏNİB

25 Avqust, 2026
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək Screenshot 2026-08-25 140344 2
  • Cəmiyyət

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

25 Avqust, 2026
Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq Screenshot 2026-08-25 130945 3
  • Cəmiyyət

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

25 Avqust, 2026
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub Screenshot 2026-08-25 124045 4
  • Cəmiyyət

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

25 Avqust, 2026
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib YI5ZNAG9DimuvThIs7zRId0h1AiPfO5V5tilcczq_1200 5
  • Kateqoriyasızlar

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2992) Dünya (1029) Gündəm (3309) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.