Skip to content
15 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bu gün Novruzun ilk – Su çərşənbəsidir
  • Cəmiyyət

Bu gün Novruzun ilk – Su çərşənbəsidir

Bu gün Novruzun ilk – Su çərşənbəsidir. Su çərşənbəsi ilə qədim bayrama hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu
Cavidan 25 Fevral, 2025
QnhodJojONnQXtksFLTEUJWOr2QXck51fgU64Hho_1200

Bu gün Novruzun ilk – Su çərşənbəsidir.

Su çərşənbəsi ilə qədim bayrama hazırlıqlar başlayır.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir.

Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Xatırladaq ki, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Post navigation

Previous: Axşama doğru yollar buz bağlayacaq – DYP-dən xəbərdarlıq
Next: Pirallahıda güclü yanğın – Hadisə yerindən GÖRÜNTÜLƏR 

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-15 130617
  • Cəmiyyət

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq – PROQNOZ

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 115628
  • Cəmiyyət

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 101322
  • Cəmiyyət

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

Cavidan 15 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 947)
  • Dünya (1. 014)
  • Gündəm (3. 281)
  • İdman (217)
  • İqtisadiyyat (152)
  • Kateqoriyasızlar (191)
  • Kriminal (268)
  • Mədəniyyət (93)
  • Siyasət (395)
  • Texnologiya (15)

Xəbər Trendi

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş Screenshot 2026-08-15 162354 1
  • Dünya

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

15 Avqust, 2026
İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb Screenshot 2026-08-15 154057 2
  • Gündəm

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

15 Avqust, 2026
İndoneziyada ölənlərin sayı 38-ə çatdı – YENİLƏNİB Screenshot 2026-08-15 144058 3
  • Dünya

İndoneziyada ölənlərin sayı 38-ə çatdı – YENİLƏNİB

15 Avqust, 2026
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq – PROQNOZ Screenshot 2026-08-15 130617 4
  • Cəmiyyət

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq – PROQNOZ

15 Avqust, 2026
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var Screenshot 2026-08-15 124053 5
  • Gündəm

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

15 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2947) Dünya (1014) Gündəm (3281) Kateqoriyasızlar (191) Kriminal (268) Mədəniyyət (93) Siyasət (395) Texnologiya (15) İdman (217) İqtisadiyyat (152)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.