Skip to content
10 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 469)
  • Dünya (3. 046)
  • Gündəm (10. 589)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Kollecdə oxumaq istəyənlərin NƏZƏRİNƏ!

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Cavidan 20 Fevral, 2025

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2025-ci il fevralın 20-dən martın 5-dək internet vasitəsilə aparılır.

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2024-cü ildə qəbul imtahanında (buraxılış imtahanında) iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edir. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.

Sənəd Qəbulu Komissiyalarının ünvanları və tələb olunan sənədlərlə tələbə qəbulu elanının geniş mətnində tanış ola bilərsiniz.

Continue Reading

Previous: Soyuq hava neçə gün davam edəcək? – AÇIQLAMA
Next: Azərbaycanda bu kanalın yayımı dayandırılır

Bölmənin digər xəbərləri

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • Cəmiyyət

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025
Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi
  • Cəmiyyət

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025
Astarada 7800 abonentin qazı kəsiləcək
  • Cəmiyyət

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025

Top 7 Xəbər

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 1

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025
Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 2

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025
Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 3

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

10 Dekabr, 2025
Astarada 7800 abonentin qazı kəsiləcək 4

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi 5

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025
Pensiyalar ÖDƏNİLDİ 6

Pensiyalar ÖDƏNİLDİ

10 Dekabr, 2025
Türkiyədə fabrik yanır 7

Türkiyədə fabrik yanır

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 469)
  • Dünya (3. 046)
  • Gündəm (10. 589)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8469) Dünya (3046) Gündəm (10589) Kateqoriyasızlar (437) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 10 Dekabr, 2025
  • Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 10 Dekabr, 2025
  • Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 10 Dekabr, 2025
  • Astarada 7800 abonentin qazı kəsiləcək 10 Dekabr, 2025
  • Keçmiş hakimə yeni vəzifə verildi 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.