Skip to content
12 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 061)
  • Dünya (3. 258)
  • Gündəm (11. 383)
  • İdman (634)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Heç vaxt unudulmayacaq Qaradağlı QƏTLİAMI
  • Cəmiyyət

Heç vaxt unudulmayacaq Qaradağlı QƏTLİAMI

Cavidan 17 Fevral, 2025

*

 
Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində qətliam törətməsinin 33-cü ili tamam olur.

Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş Rusiyanın 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib.

İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.

İşğal zamanı 118 nəfər əsir və girov götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb.

Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlıda və Yuxarı Qarabağın digər yaşayış məntəqələrində erməni vandallarının törətdikləri soyqırımı və dağıntılar xalqımızı daim qisasa səsləyirdi.

Nəhayət qisas günü gəldi… Azərbaycanın şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş rayonlarımızı düşmən tapdağından xilas etdi.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd rayonu, o cümlədən Qaradağlı kəndi  Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında verildi.

19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə Yuxarı Qarabağın bütün ərazisi, o cümlədən Qaradağlı kəndi düşmən əsarətindən xilas edildi. 

Hazırda Yuxarı Qarabağın ərazisində minatəmizləmə əməliyyatları, quruculuq-abadlıq işləri aparılır.

İndi qarşıda duran ən vacib və mühüm vəzifə Vətən müharibəsində əldə etdiyimiz qələbəni möhkəmləndirmək, düşmən tapdağından azad olunmuş ərazilərimizi qurub-tikmək və insanların tez bir zamanda doğma yurda qayıtmasını təmin etməkdir.

Continue Reading

Previous: Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI
Next: Bu il yeni doğulan körpələrə ən çox qoyulan ADLAR

Bölmənin digər xəbərləri

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir
  • Cəmiyyət

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

11 Mart, 2026
Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir
  • Cəmiyyət

Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir

11 Mart, 2026
Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdə
  • Cəmiyyət

Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdə

11 Mart, 2026

Top 7 Xəbər

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir 1

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

11 Mart, 2026
Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir 2

Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir

11 Mart, 2026
İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq 3

İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq

11 Mart, 2026
Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdə 4

Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdə

11 Mart, 2026
Putin İlham Əliyevə zəng etdi  5

Putin İlham Əliyevə zəng etdi 

11 Mart, 2026
Baş nazir hərbçilərin maaşı ilə bağlı qərar İMZALADI 6

Baş nazir hərbçilərin maaşı ilə bağlı qərar İMZALADI

11 Mart, 2026
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq 7

İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq

11 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 061)
  • Dünya (3. 258)
  • Gündəm (11. 383)
  • İdman (634)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9061) Dünya (3258) Gündəm (11383) Kateqoriyasızlar (472) Kriminal (1348) Mədəniyyət (338) Siyasət (2964) Texnologiya (14) İdman (634) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir 11 Mart, 2026
  • Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir 11 Mart, 2026
  • İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq 11 Mart, 2026
  • Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdə 11 Mart, 2026
  • Putin İlham Əliyevə zəng etdi  11 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.