Skip to content
27 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 132)
  • Dünya (3. 281)
  • Gündəm (11. 466)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi – Siyahıda onlar var

Məlum olduğu kimi, Rusiyanın Rossotrudniçestvo təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki,  bu
Cavidan 10 Fevral, 2025

Məlum olduğu kimi, Rusiyanın Rossotrudniçestvo təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki,  bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub. 

Əslində, Rusiyanın Azərbaycanda belə bir şəbəkə qurduğu və onun vasitəsilə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı bu günün söhbəti deyil. Zaman-zaman bəzi şəxslər Rusiyaya işləməkdə də ittiham olunublar, ən azından buna eyham vurulub.

Əvvəla, qeyd edək ki, “Rus Evi” Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsində yerləşib. Bu yerin “Rus Evi” üçün təşkil olunması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub. Onun keçmiş Gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir.

Məsələnin maraqlı tərəfi də budur ki, Rus Evi həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsənov əl-ayağa düşərək Rossotrudniçestvonun Bakı nümayəndəliyinin rəhbəri ilə birlkdə Rus evinə yeni ofis axtarışına çıxıb. Bir sözlə, E.Həsənov bu problemin həlli üçün bütün imkanlarını səfərbər edib və ciddi cəhdlə çalışır.

Azərbaycanda Rusiya şəbəkəsinə gəldikdə, artıq faktlarla da belə bir şəbəkənin mövcud olduğu təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub.

Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.

Bu şəxslərin indi vəzifədə olmaması o demək deyil ki, əlaqələr yoxa çıxıb. Hazırda da Rusiyanın kəşfiyyat nümayəndəsinin yanına gedənlər, ondan tapşırıqlar alaraq cəmiyyətimizə yanlış mesajlar ötürənlər, aranı qatmağa çalışanlar var. Amma bunlar yavaş-yavaş ifşa olunurlar və zamanla yeni faktların üzə çıxacağı istisna olunmamalıdır.(Qafqazinfo)

Continue Reading

Previous: İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi – Fərman
Next: DTX dövlətə xəyanət etməkdə təqsirləndirilən Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib

Bölmənin digər xəbərləri

Beynəlxalq səyyahlar Şuşaya gəliblər
  • Dünya

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

26 Mart, 2026
Azərbaycana soyuqlar gəlib
  • Cəmiyyət

Azərbaycana soyuqlar gəlib

26 Mart, 2026
Bakının ən rahat iş tapılan rayonları – SİYAHI
  • Cəmiyyət

Bakının ən rahat iş tapılan rayonları – SİYAHI

26 Mart, 2026

Top 7 Xəbər

KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib 1

KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib

26 Mart, 2026
Beynəlxalq səyyahlar Şuşaya gəliblər 2

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

26 Mart, 2026
Azərbaycana soyuqlar gəlib 3

Azərbaycana soyuqlar gəlib

26 Mart, 2026
Bakının ən rahat iş tapılan rayonları – SİYAHI 4

Bakının ən rahat iş tapılan rayonları – SİYAHI

26 Mart, 2026
Ağdamda 41 yaşlı kişi minaya düşüb 5

Ağdamda 41 yaşlı kişi minaya düşüb

26 Mart, 2026
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur 6

Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur

26 Mart, 2026
Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib 7

Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib

26 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 132)
  • Dünya (3. 281)
  • Gündəm (11. 466)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9132) Dünya (3281) Gündəm (11466) Kateqoriyasızlar (475) Kriminal (1357) Mədəniyyət (341) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (578)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib 26 Mart, 2026
  • Beynəlxalq səyyahlar Şuşaya gəliblər 26 Mart, 2026
  • Azərbaycana soyuqlar gəlib 26 Mart, 2026
  • Bakının ən rahat iş tapılan rayonları – SİYAHI 26 Mart, 2026
  • Ağdamda 41 yaşlı kişi minaya düşüb 26 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.