Skip to content
3 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 023)
  • Dünya (3. 240)
  • Gündəm (11. 325)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 959)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq – Sərəncam

Prezident İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat
Cavidan 3 Fevral, 2025

Prezident İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.

Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirib. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirib, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırıb. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr verib, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazıb. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Continue Reading

Previous: Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Next: Qadınlar həqiqətən kişilərdən daha çox danışır? – ARAŞDIRMA

Bölmənin digər xəbərləri

Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir
  • Cəmiyyət

Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir

3 Mart, 2026
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb
  • Cəmiyyət

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

3 Mart, 2026
Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
  • Cəmiyyət

Pirşağı və Ləhic bağlarında işıq olmayacaq

3 Mart, 2026

Top 7 Xəbər

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI 1

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

3 Mart, 2026
İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir 2

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

3 Mart, 2026
İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib 3

İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib

3 Mart, 2026
İran Oman sahillərində tankerə hücum edib, ölən var 4

İran Oman sahillərində tankerə hücum edib, ölən var

3 Mart, 2026
ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb 5

ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb

3 Mart, 2026
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib 6

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

3 Mart, 2026
İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub 7

İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub

3 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 023)
  • Dünya (3. 240)
  • Gündəm (11. 325)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 959)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9023) Dünya (3240) Gündəm (11325) Kateqoriyasızlar (467) Kriminal (1343) Mədəniyyət (338) Siyasət (2959) Texnologiya (14) İdman (632) İqtisadiyyat (573)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI 3 Mart, 2026
  • İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir 3 Mart, 2026
  • İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib 3 Mart, 2026
  • İran Oman sahillərində tankerə hücum edib, ölən var 3 Mart, 2026
  • ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb 3 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.