Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Tramvay 100 ildən sonra yenidən BAKIDA
  • Cəmiyyət

Tramvay 100 ildən sonra yenidən BAKIDA

Cavidan 29 Yanvar, 2025
1738138879_8f15f2be-6d2e-3676-92a7-014a9cdb62ae_850 (1)

Ötən il Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə tramvayın istifadəyə verilməsindən 100 il ötüb. 1924-cü ilin 8 fevralında tramvay fəaliyyətə başlasa da, tramvay xətlərinin çəkilməsi, bunun üçün hazırlıqlara başlanması, qərarın verilməsi daha əvvəlki illərə təsadüf edir. XX əsrin ilk onilliyinin sonlarından Çar Rusiyasının mərkəzi vilayətlərində başlanan proses Qafqaza – Bakıya da gəlməli idi.

1910-cu ildəki plana əsasən, 2-3 il ərzində tramvay xəttinin inşası başlayaraq başa çatdırılmalı və 1913-cü ildə Bakıda tramvay istifadəyə verilməli idi. Müəyyən qədər yubanma, daha sonra isə I Dünya müharibəsinin başlanması, ictimai-siyasi təbəddülatlar, inqilablar prosesi xeyli gecikdirdi. Nəhayət, Bakının tramvaya qovuşması 1924-cü ildə baş tutdu.

Həmin gün ictimai nəqliyyatın ən mütərəqqi vasitələrindən biri olan tramvayın istifadəyə verilməsi böyük bayram əhval-ruhiyyəsi ilə qarşılandı, şəhərdə şənliklər keçirildi. Tramvay xəttinin inşası ilə bağlı məsələlərin həlli isə daha əvvəldən – 1922-ci ildən başlanmışdı. 1922-ci ildə Bakıda tramvayın tikintisinin layihələndirilməsinə başlanıldı. Əvvəlcə xətlərin çəkilməsinin konsessiya yolu ilə xarici firmalara verilməsi nəzərdə tutulurdu.

Sonradan yerli resurslar hesabına bu işi görmək barədə qərar qəbul olundu və zəruri avadanlıqların SSRİ zavodlarında istehsal edilməsi daha məqbul hesab edildi. 1923-cü ilin martında şəhərin mərkəzini dəmiryol vağzalı ərazisi ilə birləşdirən dairəvi tramvay xəttinin tikintisinə başlandı. Layihə nəinki Qafqazda, hətta SSRİ-də ən böyük tikintilərdən biri hesab olunurdu.

Bakı tramvayının ilk marşrutunun ümumi uzunluğu 6,6 kilometr olsa da, 15 il sonra – 1939-cu ildə bu göstərici 117 kilometrə çatmışdı. Açıldığı gündən 2 il müddəti ərzində Bakı tramvayı 50 milyondan çox sərnişin daşıyıb. 1967-ci ildə Bakı metropoliteninin yaradılmasına qədər tramvay şəhərin əsas ictimai nəqliyyat növü kimi böyük miqyasda sərnişindaşıma məhz tramvayın üzərinə düşürdü.

Sonradan metro ilə yanaşı, avtobus və trolleybus da inkişaf etsə də, tramvay hər zaman əsas ictimai nəqliyyat növü kimi seçilib. 1980-90-cı illərdə qürub çağına qədəm qoyan Bakı metrosu tədricən sıradan çıxmağa, şəbəkənin uzunluğu söküntülərə görə qısalmağa başladı. 2004-cü ildə tramvay şəbəkəsinin son xətti də söküldü və bu nəqliyyat növü yaranmasından 80 il sonra Bakını “tərk etdi”.

Ötən 20 il ərzində dəfələrlə tramvay xəttinin bərpası ilə bağlı məsələ gündəmə gəlsə və müzakirələr aparılsa da, real nəticə olmayıb. Hətta bir müddət əvvəl Gəncə şəhərində tramvay xətlərinin tikintisi barədə xəbərlər yayılsa da, bu da həyata keçirilməyib. Sevindirici haldır ki, 30 dekabr 2023-cü il tarixində təsdiqlənən Bakının Baş Planında 2040-cı ilədək paytaxtda tramvayın yenidən istifadəyə verilməsi təsbit olunub.

Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacaq yaradılacağı bildirilir. 

Ötən gün AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib ki, Bakıda iki yaşayış sahəsinin – Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.

AYNA rəhbəri qeyd edib ki, “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq:

“Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub ki, sərnişinlərə xidmət göstərilə bilsin”.

Son illərdə Bakını ağuşuna alan tıxacların qarşısını almaq, keyfiyyətli ictimai nəqliyyat sistemi qurmaq və yollarda sıxlığı minimuma endirmək üçün tramvayların nəzərdə tutulan son hədd üzrə planda nəzərdə tutulan 2040-cı ildə yox, daha tez bərpası son dərəcə vacibdir. İnkişaf etmiş Qərbi Avropa ölkələrinin praktikasına nəzər yetirilsə, tramvay xətləri şəhərlərin əsas nəqliyyat arteriyalarını təşkil edir.

Unutmaq olmaz ki, tıxacların qarşısını almaq üçün yolların genişləndirilməsi piylənmədən əziyyət çəkən bədənə daha böyük ölçüdə olan paltar almaq kimi bir şeydir. İnsan mərkəzli konsepsiya əsasında şəhərlərin salınması və yenidən qurulması məhz ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsindən, bu sahədə keyfiyyətli, komfortlu və punktual mexanizm əsasında xidmət göstərilməsindən keçməkdədir.

Bunun üçün ictimai nəqliyyat növlərinin diversifikasiyası, təkcə avtobus və metro nəqliyyatına söykənmədən tramvay, trolleybus, metrobus kimi ictimai nəqliyyat növlərinin də fəaliyyət göstərməsi önəmlidir. Keyfiyyətli ictimai nəqliyyat tədricən insanların avtomobildən imtinasına, yolların salınması üçün nəzərdə tutulan ərazilərdən daha səmərəli istifadəyə gətirib çıxaracaq.

Modern Təhlil və Araşdırma Qrupu

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü
Sonrakı: İran Prezidenti: ABŞ-dən danışıqlarla bağlı heç bir məlumat almamışıq

Bölmənin digər xəbərləri

UKtTjWirvou6KzOv
  • Cəmiyyət

Sabah Bakıda hava çiskinli olacaq

Cavidan 15 Oktyabr, 2026
bi9o6_1200
  • Cəmiyyət

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

Cavidan 15 Oktyabr, 2026
AMb1mOBVtV75zyVwnQ4YXbvZDIdC0Uh9JZ5hso5O_1200 B
  • Cəmiyyət

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib

Cavidan 15 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 280)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

Sabah Bakıda hava çiskinli olacaq UKtTjWirvou6KzOv 1
  • Cəmiyyət

Sabah Bakıda hava çiskinli olacaq

15 Oktyabr, 2026
Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik bi9o6_1200 2
  • Cəmiyyət

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

15 Oktyabr, 2026
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib AMb1mOBVtV75zyVwnQ4YXbvZDIdC0Uh9JZ5hso5O_1200 B 3
  • Cəmiyyət

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib

15 Oktyabr, 2026
“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib 6ad07d9824a196ad07d98 b 4
  • Cəmiyyət

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

15 Oktyabr, 2026
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər H9GxZ8AoUMky1Zpq b 5
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3280) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 106
  • 103
  • 4. 761

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.