Skip to content
13 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 074)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Sosial media insanlarda əsəbilik yaradırmış

Cavidan 24 Yanvar, 2025

Massaçusets Ümumi Xəstəxanası və Harvard Tibb Məktəbinin Kəmiyyət Sağlamlığı Mərkəzinin tədqiqatçıları ABŞ-dakı böyüklər arasında sosial media istifadəsi ilə əsəbilik arasındakı əlaqəni təhlil ediblər. Araşdırma, xüsusilə, aktiv paylaşımlar edən istifadəçilərdə sosial mediadan tez-tez istifadənin həddindən artıq əsəbilik, stress ilə əlaqələndirildiyini ortaya qoyub.

Əvvəlki tədqiqatlar, əsasən, sosial media istifadəsinin depressiv simptomlarla əlaqəsini araşdırsa da, bu tədqiqat əsəbilik kimi mənfi emosiyalara daha geniş diqqət yetirib. Qəzəb və məyusluq meyilləri kimi təyin olunan əsəbilik, funksional pozğunluqlar, psixi sağlamlıq problemləri və hətta intihar davranışları ilə əlaqələndirilir.

Araşdırma “JAMA Network Open” jurnalında “ABŞ Yetkinlərində Əsəbilik və Sosial Media İstifadəsi” başlığı ilə dərc olunub. Sorğu 2023-cü il noyabrın 2-də – 2024-cü il yanvarın 8-də həyata keçirilib və 42 min 597 iştirakçının məlumatları təhlil olunub.

Sorğuda sosiodemoqrafik göstəricilər, sosial media istifadəsi və əsəbiliklə bağlı məlumatlar toplanıb. İştirakçılar əsəbilik əlamətlərini qiymətləndirmək üçün “Qısa qıcıqlanma testi” (BITe) keçiblər. Bu testdə mümkün nəticələr 5 ilə 30 arasında dəyişir; yüksək ballar daha yüksək əsəbilik səviyyəsini göstərir.

Təhlil zamanı depressiya və narahatlıq kimi psixoloji simptomlar da nəzərə alınıb. İştirakçıların orta yaşı 46, cinsiyyət bölgüsü isə belə olub – 58,5 faiz qadın, 40,4 faiz kişi. Sorğuda iştirak edənlərin 78,2 faizi gündəlik ən azı bir sosial media platformasından istifadə etdiyini bildirib. Sosial mediadan tez-tez istifadə edənlərdə daha yüksək əsəbilik skorları qeydə alınıb. Məsələn, günün çox hissəsini sosial mediada keçirən istifadəçilərin BITe skorları, tənzimlənməmiş modellərdə, 3,37 bal daha yüksək olub. Depressiya və narahatlıq kimi faktorlar nəzərə alınsa belə, bu fərq 1,55 bal səviyyəsində qalıb. Analiz sosial media platformalarında yerləşdirmə tezliyi ilə əsəbilik arasında “doza-cavab” əlaqəsini göstərib.

TikTok istifadəçiləri arasında gündə bir neçə dəfə paylaşım edənlər ən yüksək əsəbilik skorlarına sahib olub. Tez-tez siyasi paylaşımlar edən və ya siyasi xəbərləri istehlak edən istifadəçilərdə də yüksək əsəbilik müşahidə edilib. Bununla belə, siyasi xəbərləri çox yaxından izləməmək əsəbilik səviyyəsinin bir qədər azalması ilə əlaqələndirilib. Həddən artıq sosial media istifadəsi səviyyəsi, xüsusilə də tez-tez paylaşımlar, böyüklər arasında artan əsəbiliklə əlaqələndirilib.

Tədqiqat birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləməsə də, əsəbiliyin həm sosial media istifadəsini artıran, həm də sosial media istifadəsindən qaynaqlanan bir hal ola biləcəyi irəli sürülüb. Əldə edilən nəticələr ictimai sağlamlıq strategiyalarının inkişaf etdirilməsi və müdaxilə yollarının tapılması üçün əlavə araşdırmaların vacibliyini vurğulayır. (Azertag)

Continue Reading

Previous: Hazırda Bakıda bu yollarda tıxac var – SİYAHI
Next: Sosial kirayə mənzillərlə bağlı qanun dəyişir

Bölmənin digər xəbərləri

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL
  • Cəmiyyət

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub
  • Cəmiyyət

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub
  • Cəmiyyət

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub

13 Mart, 2026

Top 7 Xəbər

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 1

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 2

Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub 3

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib 4

Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib

13 Mart, 2026
Naxçıvanda ana doğuşdan sonra ölüb 5

Naxçıvanda ana doğuşdan sonra ölüb

13 Mart, 2026
Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub 6

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub

13 Mart, 2026
Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib 7

Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 074)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9074) Dünya (3262) Gündəm (11402) Kateqoriyasızlar (472) Kriminal (1351) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 13 Mart, 2026
  • Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 13 Mart, 2026
  • Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub 13 Mart, 2026
  • Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib 13 Mart, 2026
  • Naxçıvanda ana doğuşdan sonra ölüb 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.