Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycanda meymunçiçəyinə yoluxma AŞKARLANDI
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda meymunçiçəyinə yoluxma AŞKARLANDI

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb.Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Qeyd olunub ki,
Cavidan 18 Yanvar, 2025
1d17db4b-0c34-313c-95f1-c42a288a97e0_850

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.

Qeyd olunub ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Məlumata görə, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Bildirilib ki, simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.

“Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək”, – birgə məlumatda qeyd olunub.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Hökumə Əliyevanın ailəsinə verilən pul OĞURLANDI
Sonrakı: Hakan Fidan Bakıya GƏLDİ

Bölmənin digər xəbərləri

tzwFEebTOuIZtyvDbnYv
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Cavidan 16 Oktyabr, 2026
tkJDoqxsBqEbnUlr84yLvo v
  • Cəmiyyət

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Cavidan 16 Oktyabr, 2026
v-a593-3838e9591392_1200
  • Cəmiyyət

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 297)
  • Dünya (1. 083)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (15)

Xəbər Trendi

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər tzwFEebTOuIZtyvDbnYv 1
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

16 Oktyabr, 2026
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin 2
  • Texnologiya

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin

16 Oktyabr, 2026
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! 3
  • Texnologiya

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə!

16 Oktyabr, 2026
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq tkJDoqxsBqEbnUlr84yLvo v 4
  • Cəmiyyət

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

16 Oktyabr, 2026
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib v-a593-3838e9591392_1200 5
  • Cəmiyyət

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3297) Dünya (1083) Gündəm (3463) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (15) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 79
  • 73
  • 4. 889

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.