Skip to content
31 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 793)
  • Dünya (3. 160)
  • Gündəm (10. 996)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Zakir Həsənov sərhəddəki vəziyyətdən DANIŞDI

Müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə
Cavidan 22 Dekabr, 2021

Müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib. Cənab İlham Əliyev modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb. Ali Baş Komandanın etimadını ən böyük məsuliyyət kimi qəbul edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi nəticəsində daha da güclənəcək, tam modern və qüdrətli hərbi gücə çevriləcək.

Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata dərhal adekvat cavab verilir. Azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətimizin əsas prioritetlərindəndir.

Bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.

Müdafiə naziri vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə keçirilmiş “Dəmir yumruq” əməliyyatı Ermənistanın faşizm və işğalçılıq siyasətinin başını əzib: “Cənab İlham Əliyev şəxsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Bu, Azərbaycan tarixinin ən möhtəşəm hərbi zəfəridir. Bu, əsrlər boyu davam edəcək qürur mənbəyimizdir.

Vətən müharibəsinin Zəfərindən sonra Azərbaycanın tarixində yeni mərhələ başlayıb. Tarixin ən şərəfli dövrünü yaşayan ölkəmiz bütün sahələr üzrə qazandığı nailiyyətlərin miqyasını genişləndirir, gələcəklə bağlı düzgün hədəflər müəyyənləşdirir və ona doğru böyük əzmlə gedir. Azərbaycan xalqı bugünündən razı, sabahına isə daha inamlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni hərbi, siyasi, iqtisadi reallıqlar Azərbaycanı Cənubi Qafqazdan Avrasiya məkanınadək bütün platformalarda böyük nüfuz sahibinə çevirərək qlobal miqyasda lider mövqeyinə çıxardı.

Ən əsası isə 30 il müddətində xarabalığa çevrilən, erməni vandalları tərəfindən dağıdılan Qarabağ torpağı və Şərqi Zəngəzur artıq quruculuq, inkişaf mərkəzinə, Qafqazın ən böyük inşaat meydanına çevrilir. Bir müddət öncə hər qarışı uğrunda şəhidlərimizin qanının töküldüyü torpaqlar indi gülüstana çevrilir”.

Vaxt keçdikcə amansız işğalın və savaşın izləri bu torpaqlardan silinəcək: “Lakin xalqımız tariximizin həm faciəli, həm də şərəfli dövrlərini əhatə edən 32 illik zaman kəsiyini – işğaldan Zəfərədək olan mərhələni heç vaxt unutmayacaq. Ali Baş Komandanın, Azərbaycan xalqının və Azərbaycan Ordusunun müəllifləri olduqları möhtəşəm əsər – Vətən müharibəsinin böyük Zəfəri əsrlər boyu xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə istiqamətləndirəcək.

Heç kəc unutmamalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki Zəfər nəticə yox, başlanğıcdır. Növbəti Zəfərlərin başlanğıcı. Qarabağ Azərbaycandır!”.

Continue Reading

Previous: İstanbul boğazı bağlandı
Next: DYP-dən qarlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib
  • Cəmiyyət

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026
Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır
  • Cəmiyyət

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

31 Yanvar, 2026
Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir
  • Cəmiyyət

Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir

31 Yanvar, 2026

Top 7 Xəbər

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 1

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026
Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır 2

Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır

31 Yanvar, 2026
Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır 3

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

31 Yanvar, 2026
Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir 4

Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir

31 Yanvar, 2026
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir 5

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir

31 Yanvar, 2026
İşdən çıxarılan icra başçısını kim əvəz edir? 6

İşdən çıxarılan icra başçısını kim əvəz edir?

31 Yanvar, 2026
Bu gün 6 min nəfər imtahan verəcək 7

Bu gün 6 min nəfər imtahan verəcək

31 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 793)
  • Dünya (3. 160)
  • Gündəm (10. 996)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8793) Dünya (3160) Gündəm (10996) Kateqoriyasızlar (456) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 31 Yanvar, 2026
  • Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır 31 Yanvar, 2026
  • Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır 31 Yanvar, 2026
  • Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir 31 Yanvar, 2026
  • Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir 31 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.