Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Dini qurumların rəhbərləri Əliyevə buna görə təşəkkür etdi
  • Cəmiyyət
  • Gündəm

Dini qurumların rəhbərləri Əliyevə buna görə təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyevin dini qurumlara maliyyə yardımı göstərilməsi ilə bağlı Sərəncamına görə, dini qurumların rəhbərləri ona təşəkkür ediblər.Rus Pravoslav
Cavidan 15 Yanvar, 2025
eliyev-cixish-yeni

Azərbaycan Prezidenti İlham Əliyevin dini qurumlara maliyyə yardımı göstərilməsi ilə bağlı Sərəncamına görə, dini qurumların rəhbərləri ona təşəkkür ediblər.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksi (Smirnov) Report.az-a bildirib ki, Prezident İlham Əliyevin dini qurumlara göstərdiyi maliyyə dəstəyi dinlərarası və konfessiyalararası harmoniyanın inkişafı üçün böyük əhəmiyyət daşıyır. O, bu addımın dini icmaların fəaliyyətini gücləndirmək və Azərbaycan cəmiyyətində mövcud olan dini tolerantlığı daha da möhkəmləndirmək baxımından vacib olduğunu vurğulayıb.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev sözügedən Sərəncamla bağlı fikirlərini bölüşərək, Prezident İlham Əliyevin dini icmalara göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirib.
M.Yevdayev, dövlətin dini icmalara olan qayğısının dini icmaların fəaliyyətini dəstəkləmək və onların inkişafına şərait yaratmaq baxımından önəmli olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə dinlərarası əməkdaşlığın inkişaf etdiyini və bütün dinlərin nümayəndələrinin bir arada mehriban şəraitdə yaşadıqlarını vurğulayıb.
Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, dövlətin dini icmalara göstərdiyi dəstəyin və verdiyi maliyyə yardımının vacib və dəyərli olduğunu deyib.
O, bu addımın yalnız dini icmaların fəaliyyətini gücləndirmək baxımından deyil, həm də Azərbaycanın dini tolerantlıq və multikulturalizm ənənələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Həmçinin dövlətin bütün dini icmalara bərabər münasibətini və ölkədəki dini azadlıqların qorunmasına göstərilən diqqəti yüksək qiymətləndirib.
Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev Sərəncamın ölkədəki dini icmalar üçün əvəzsiz dəstək olduğunu qeyd edərək Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Maliyyə yardımının Sefarad yəhudiləri icmasının fəaliyyətini gücləndirəcəyini, habelə mədəniyyətin qorunması və inkişafı sahəsində vacib addımların atılmasına imkan yaradacağını vurğulayıb. O, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası harmoniya və əməkdaşlıq baxımından örnək ölkə olduğunu, dövlətin dini icmalara göstərdiyi qayğının multikulturalizmi və tolerantlığı daha da möhkəmləndirdiyini bildirib.
Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Prezident İlham Əliyevin Azərbaycanda dini tolerantlıq və azadlıq prinsiplərinin yüksək səviyyədə qorunduğunu və bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını qeyd edərək, bu istiqamətdə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü ifadə edib.
Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov Prezident İlham Əliyevin ölkədəki tolerantlıq və din azadlığının gücləndirilməsinə yönəlmiş siyasətini alqışladığını bildirib, bu addımın dini icmalara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edib. İcma sədri bu dəstəyin protestant icmalarının fəaliyyətinə töhfə olduğunu deyib.
Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) dini icmasından bildiriblər ki, Prezidentin sərəncamı Azərbaycan dövlətinin dini müxtəlifliyi dəstəkləmək və icmaların fəaliyyətini gücləndirmək istiqamətindəki müsbət siyasətinin təzahürüdür. Azərbaycan dövlətinin dini azadlıqların qorunması və ölkədəki dini harmoniya mühitinin möhkəmləndirilməsi sahəsindəki təşəbbüsləri yüksək qiymətləndirilərək, verilən dəstəyin icmaların sosial və mədəni fəaliyyətlərini daha da genişləndirməsi üçün böyük imkanlar yaratdığı bildirilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
Next: ÜST: Qəzzanın böyük miqdarda tibbi yardıma ehtiyacı var

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.