Skip to content
12 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 061)
  • Dünya (3. 258)
  • Gündəm (11. 383)
  • İdman (634)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM: 10 yanvar tarixində baş vermiş tarixi hadisələr

1954-cü ilin bu günü Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. Bu qurğu bir əsrə yaxındır ki, Azərbaycan ərazisinin
Cavidan 10 Yanvar, 2025

1954-cü ilin bu günü Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. Bu qurğu bir əsrə yaxındır ki, Azərbaycan ərazisinin böyük bir hissəsini işıqla təmin edir. 

Bəs, 10 yanvarda daha hansı hadisələr baş verib?

1. 10 yanvar 1072-ci ildə Robert Oviskar Palermonu fəth edib.

2. 1810-cu ilin 10 yanvarında Napoleon Bonapart və Jozefina Boharnenin nigahı ləğv edilib.

3. 10 yanvar 1861-ci ildə ABŞ Vətəndaş müharibəsi dövründə Florida İttifaqından ayrılıb.

4. 1863-cü ildə Londonda Paddinqton və Farrinqton  stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verilib.

5. 10 yanvar 1870-ci ildə Con Rokfeller “Standart Oil Co” şirkətini təsis edib.

6. Birinci Dünya Müharibəsindən sonra yeni savaşlara mane olmaq məqsədiylə 1920-ci ilin 10 yanvarında mərkəzi İsveçrədə yerləşən Millətlər Cəmiyyəti quruldu. Müharibənin qalibləri tərəfindən qurulan bu cəmiyyət Avropada artan avtoritar rejim və sanksiyalarla əlaqədar 1946-cı ildə dağıldı. 

7. Yunan və Türkiyə orduları arasında 1921-ci ilin 6 yanvarından başlayan qarşıdurmalar yunanların İnönü bölgəsindəki Türkiyə mövqelərinə etdiyi hücumlarla ayın 10-da ən yüksək həddinə çatdı. Amma polkovnik İsmət İnönünün başçılığı altında olan Türkiyə Ordusunun müqavimətini qıra bilməyən Yunanıstan hərbi qüvvələri geri çəkilmək məcburiyyətində qaldı.

8. Türkiyənin Qurtuluş Savaşı tarixində Birinci İnönü Döyüşü Mustafa Kamal Paşanın öndərliyilə Türkiyə Böyük Millət Məclisi hökuməti tərəfindən qurulan nizamlı ordunun qazandığı ilk zəfər sayılır.  

9. 1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarılan məşhur türk şairi Nazim Hikmət Ran 2009-cu il 10 yanvar tarixində “Resmi Gazete”də dərc olunan qərarla ölümündən 48 il sonra yenidən Türkiyə vətəndaşı oldu.

10. 10 yanvar 2001-ci ildə Vikipediya Nukipediyanın tərkibində fəaliyyətə başlayıb.

10 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev 1922-ci ilin məhz bu günündə anadan olub.

2. Azərbaycan memarlıq məktəbinin parlaq simalarından biri olan Ələsgər Hüseynov 1928-ci ilin bu günü anadan olub. Onun yaratdığı nümunələrdə Qərb və Şərq motivləri, İtaliya və Azərbaycan memarlarının zəngin təcrübəsi üzvi surətdə birləşib. (1928-1976)

3. Azərbaycanın tanınmış bəstəkarı, bir çox sevilən mahnıların müəllifi Elza İbarahimova 1938-ci ilin 10 yanvarında anadan olub.

4. Sevilən şair Baba Vəziroğlu 1954-cü ilin bu günündə anadan olub.

5. Azərbaycan Milli Qəhrəmanı Muxtar Qasımov 1958-ci ilin 10 yanvarında Beyləqanda dünyaya gəlib.  Qarabağ Müharibəsi illərində yüzlərlə yaralı Azərbaycan əsgərinə şəfa verən Muxtar həkim Xocalı facisəsindən sonra taleyini tamamilə cəbhəyə bağlayıb. 1992-ci ildə Ağdam bölgəsində gedən döyüşlərdə də hərbi həkim olan Muxtar Qasımov elə həmin il Naxçivanik kəndində qəhrəmancasına həlak olub. (1958 – 1992)

6. Fransanın dünyaşöhrətli modelyeri Koko Şanel 1971-ci ilin bu günü həyatdan köçüb. Onun yaratdığı paltar nümunələri müasir dövrdə də xanımların bəyəndikləri geyimlərdir. Məhz Koko Şanel ilk dəfə qara rəngi dəbə mindirib. Məşhur “Şanel” ətri də onun adı ilə bağlıdır. (1883-1971) (Bizim.Media)

Continue Reading

Previous: Paşinyanın Qərbi Azərbaycan xofu – azərbaycanlıların Ermənistana qayıdışı ərazi iddiası deyil – ŞƏRH
Next: “Qarabağ” hücumçusu üçün “Flamenqo”nun ilk təklifini rədd edib, danışıqlar davam edir

Bölmənin digər xəbərləri

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir
  • Cəmiyyət

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

11 Mart, 2026
Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir
  • Cəmiyyət

Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir

11 Mart, 2026
İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq
  • Gündəm

İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq

11 Mart, 2026

Top 7 Xəbər

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir 1

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

11 Mart, 2026
Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir 2

Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir

11 Mart, 2026
İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq 3

İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq

11 Mart, 2026
Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdə 4

Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdə

11 Mart, 2026
Putin İlham Əliyevə zəng etdi  5

Putin İlham Əliyevə zəng etdi 

11 Mart, 2026
Baş nazir hərbçilərin maaşı ilə bağlı qərar İMZALADI 6

Baş nazir hərbçilərin maaşı ilə bağlı qərar İMZALADI

11 Mart, 2026
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq 7

İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq

11 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 061)
  • Dünya (3. 258)
  • Gündəm (11. 383)
  • İdman (634)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9061) Dünya (3258) Gündəm (11383) Kateqoriyasızlar (472) Kriminal (1348) Mədəniyyət (338) Siyasət (2964) Texnologiya (14) İdman (634) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir 11 Mart, 2026
  • Koşta: Aİ Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir 11 Mart, 2026
  • İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq 11 Mart, 2026
  • Martın 12-də qaz kəsiləcək – Bu ərazilərdə 11 Mart, 2026
  • Putin İlham Əliyevə zəng etdi  11 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.