Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Paşinyanın Qərbi Azərbaycan xofu – azərbaycanlıların Ermənistana qayıdışı ərazi iddiası deyil – ŞƏRH
  • Cəmiyyət
  • Gündəm

Paşinyanın Qərbi Azərbaycan xofu – azərbaycanlıların Ermənistana qayıdışı ərazi iddiası deyil – ŞƏRH

Cavidan 9 Yanvar, 2025
d0067fe0-a902-3090-b8f4-60e132b37f76_850

İrəvan hakimiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların legitim tələblərini yerinə yetirmək əvəzinə, bu proses ətrafında spekulyasiyalara, çaşdırıcı mövqe sərgiləməyə davam edir.

Baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə yaydığı statusda növbəti cəfəngiyyat səsləndirib, tarixi və coğrafi yalanlara yol verib.

Azərbaycan nəinki Ermənistana qarşı ərazi iddiası ilə çıxış edib, heç vaxt belə təşəbbüsdə də olmayıb. Sadəcə, əsas tələb və istək yüzminlərlə azərbaycanlıların pozulan hüquqlarının bərpasıdır.

Paşinyan isə növbəti dəfə ölkələrin qərb və şərq rayonlarının adlarını çəkərək cəmiyyəti çaşdırmağa çalışır və Azərbaycanın nəyə nail olmaq istədiyi barədə əsas məsələdən yayınır.

Azərbaycan “Qərbi Azərbaycan” dedikdə, yüzminlərlə soydaşlarımızın geriqayıdışı, onların pozulan hüquq və azadlıqlarının bərpasını nəzərdə tutur. Rəsmi Bakı üç dəfə deportasiyaya məruz qalan soydaşlarının geridönüşünə nail olmağa çalışır. Prezident İlham Əliyev də dəfələrlə bunu bəyan edib. Elə Azərbaycan kanallarına son müsahibəsində də digər məsələlərlə yanaşı, bu məsələyə də toxunub.

Torpaqların azad olunması ilə əsas missiyanı yerinə yetirən Azərbaycanın ikinci missiyası Böyük Qayıdış və bərpa-quruculuq işləridir ki, bu proses də uğurla davam edir. İndi isə üçüncü missiya ilə üz-üzəyik. Söhbət Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışından gedir.

Prezident İlham Əliyev müsahibədə qeyd edib ki, 10 il bundan əvvəl bu mövzunu artıq siyasi gündəliyə gətirib. Məhz həmin illərdə onun tövsiyəsi ilə Azərbaycan alimləri elmi əsərlər yaratmağa başladılar. Məsələn, İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılıb, Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması barədə tarixi xəritələr çap etdirilib.

Qərbi Azərbaycan İcması yaradılıb, onun fəaliyyəti daha da təkmilləşdirilib, o cümlədən bir çox beynəlxalq təşkilatlarla təmaslar qurulub və bu məsələ artıq beynəlxalq gündəliyə salınıb.

Ermənistandan əsas tələb odur ki, yalan iddialar yaymağı dayandırmalı və hüquqları pozulan azərbaycanlıların legitim tələblərinə qulaq asmalıdır. Lakin görünən odur ki, Paşinyan və komandası ənənələrinə sadiq qalaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar.

Nikolun məlum statusundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 8-də keçirdiyi mətbuat konfransında Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən və məzmunca ziddiyyətli bəyanat səsləndirib.

“Qərbi Azərbaycan” ifadəsinə irad tutan Mirzoyan Ermənistanın Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışıb. Halbuki, “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən termindir.

Bir faktı da qeyd edək ki, Ermənistan rəhbərliyi bütün məsələlərdə olduğu kimi, Qərbi Azərbaycan məsələsində “sürüşkən mövqe”yi ilə seçilib. 2023-cü il iyulun 25-də Nikol verdiyi bəyanatında azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “kompensasiya ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialarını yada salmaq kifayətdir. Ermənistan hökuməti bilməlidir ki, insanlar öz vətənlərini hansı şəkildə tərk etmələrindən asılı olmayaraq, qayıdış hüququna malikdirlər və Ermənistan hökuməti də Qərbi azərbaycanlıların qayıdışına imkan verməməklə insanlıq əleyhinə cinayət törədir.

Bütün bunlar onu deməyə əsas verir ki, Nikol Paşinyan və Ararat Mirzoyanın açıqlamaları ilə keçmiş liderlər Levon Ter Petrosyan, Robert Koçaryan və Serj Sarqsyandan geri qalmırlar. Sonuncular konkret cinayətlərinə görə məhkəmə qarşısına çıxarılmalı olduqları halda, Nikol və komandası susmaqla onları müdafiə etmiş olurlar.

Qərb dünyası da Ermənistanı insan hüquqlarına və beynəlxalq hüquqa hörmət etməyə çağırmalı, öz torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmaq hüququnu təmin etməlidir.

Hesab edirik ki, Prezident İlham Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlər erməni siyasi rəhbərliyinə verilən ən tutarlı cavabdır. Prezident bildirib ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir.

Ən əsası, indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bu gün də biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Təəssüflər olsun ki, Ermənistan iqtidarı hələ ki susmağa üstünlük verir.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Ayxan Hacızadə: Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir
Sonrakı: BİZİM TƏQVİM: 10 yanvar tarixində baş vermiş tarixi hadisələr

Bölmənin digər xəbərləri

qeza__1_
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

Cavidan 16 Oktyabr, 2026
6ad20c5e54b746ad20c5e5v
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Cavidan 16 Oktyabr, 2026
tzwFEebTOuIZtyvDbnYv
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 299)
  • Dünya (1. 084)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb 6ad22284840ac6ad22v 1
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

16 Oktyabr, 2026
Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var qeza__1_ 2
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

16 Oktyabr, 2026
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları BVSpZcyrH8UTPC4Mpmn 3
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

16 Oktyabr, 2026
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb 6ad20c5e54b746ad20c5e5v 4
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

16 Oktyabr, 2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər tzwFEebTOuIZtyvDbnYv 5
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3299) Dünya (1084) Gündəm (3463) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 33
  • 31
  • 4. 929

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.