Skip to content
25 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda peşə təhsilinə maraq azdır – Şura sədri səbəbləri AÇIQLADI

Azərbaycanda peşə təhsilinə maraq azdır. Bunun bir çox səbəbləri var. Ölkədə fəaliyyət göstərən peşə təhsili müəssisələrində isə vəziyyət
Cavidan 9 Yanvar, 2025

Azərbaycanda peşə təhsilinə maraq azdır. Bunun bir çox səbəbləri var. Ölkədə fəaliyyət göstərən peşə təhsili müəssisələrində isə vəziyyət çox da ürəkaçan deyil.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  2024/2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə ümumilikdə 24 821 nəfər qəbul olunub.

“Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21% artıb  2026-cı ilə qədər peşə təhsilinə qəbul olunan tələbə sayının 28 140-a çatdırılması əsas hədəfdir”, – qurumdan qeyd edilib.

Məlumatda bildirilir ki, təhsilalanların peşə məktəblərinə cəlb edilməsi istiqamətindəmüvafiq işlər görülür:

“1.Müasir Peşə Təhsil Mərkəzlərinin açılması: Ölkədə  beynəlxalq standartlara uyğun yeni peşə təhsil mərkəzləri yaradılır və mövcud olanlar yenidən qurulur və müasir avadanlıqlarla təmin edilir.

2.Əmək bazarına uyğun proqramların təqdimatı: Peşə təhsil proqramları əmək bazarının tələblərinə uyğun yenilənir.Texnoloji ixtisaslara və rəqəmsal bacarıqlara üstünlük verilir.

3.Əməkdaşlıq və inteqrasiya: Böyük şirkət və müəssisələrlə əməkdaşlıq çərçivəsində dual tədris metodları tətbiq olunur.

4.Maarifləndirmə və təbliğat: Gənclərin və onların valideynlərinin peşə təhsilinə marağını artırmaq üçün kütləvi informasiya vasitələrində və sosial mediada kampaniyalar aparılır”.

Mövzu ilə bağlı saytımıza danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə bildirib ki, peşə təhsilinə marağın az olması məktəblərdə peşə yönümlü işin lazımi səviyyədə həyata keçirilməməsinin nəticəsidir:

“Artıq VII sinifdən başlayaraq məktəblərdə peşə yönümü ilə əlaqədar olan işlər aktuallaşmalıdır. Növbəti illərdə bu məsələ öz intensivliyini daha da artırmalıdır. Amma peşə yönümü məsələsində bir məqama xüsusi diqqət etmək lazımdır. Hər bir şagird özünəməxsus qabiliyyətə malik olur. Bu o deməkdir ki, hər bir şagirdin seçdiyi peşə onun qabiliyyətinə uyğun olmalıdır. Təəssüf ki, bu heç də həmişə belə olmur”.

Onun sözlərinə görə, pedaqoji-psixoloji ədəbiyyatda qabiliyyətlərin müxtəlif təsnifatları var:

“Ən ümumi şəkildə biz qabiliyyətləri iki istiqamətdə qruplaşdıra bilərik: əqli və peşə qabiliyyətləri. Həyat təcrübəsi göstərir ki, əqli qabiliyyətlərə malik olan şagirdlər daha yüksək səviyyəsində təhsil almağa hazırlandıqda, peşə qabiliyyətlərinə malik olan şagirdlər isə peşə məktəblərində təhsil aldıqda daha uğurlu nəticələr əldə olunur. Məktəblərdə bu istiqamətdə lazımi səviyyədə pedaqoji iş aparılmadığı üçün məktəbi bitirən şagirdlərin əksəriyyəti ali məktəbə qəbul olmağa cəhd edirlər. DİM qəbul imtahanlarının nəticələrini elan etdikdə biz son dərəcə aşağı ballar toplayan abituriyentlərə də təsadüf edirik. Onlar əqli qabiliyyətləri yüksək olmayan şagirdlərdir. Əksər hallarda onlar ali məktəbə qəbul imtahanlarında uğursuzluğa düçar olduqdan sonra hər hansı bir peşəyə yiyələnmək qərarına gəlirlər. Halbuki vaxtında təhsillərini peşə məktəbində davam etdirsəydilər, artıq bu illər ərzində qabiliyyətlərinə uyğun peşəyə yiyələnmiş olardılar.  Məktəblərdə peşə yönümü istiqamətində işlər düzgün təşkil edildikdə şagirdlər vaxt itirmədən peşəyə yiyələnmək imkanı əldə etmiş olurlar”.

H.Əlizadənin sözlərinə görə,  peşə seçimində təkcə məktəbi günahlandırmaq olmaz:

“Burada məsuliyyət eyni dərəcədə valideynlərin üzərinə düşür. Təəssüf hissi ilə qeyd edim ki, bu gün məktəblə ailənin əlaqəsi zəifləyib. Buna görə də müəllimlə valideynlər şagirdin peşə seçimi istiqamətində əməkdaşlıq edə bilmirlər. Bu əməkdaşlıq olmadan isə peşə yönümü istiqamətində uğur əldə etmək cətindir. Valideynlərin hər biri övladının ali təhsil almasında maraqlıdır və bu istəyi həyata keçirmək üçün onun təhsilini davam etdirməsinə çalışır. Bu onların peşələrə düzgün olmayan münasibətindən qaynaqlanır. Halbuki, dünyada yaradılan incilərdə bənnaların, dülgərlərin, dəmirçilərin və s. sənətkarların xidməti nəhayətsizdir. Heç bir peşə ikinci dərəcəli deyil. Sadəcə olaraq, qabiliyyəti müəyyən edib şagirdi həmin istiqamətdə yönləndirmək kifayətdir. Insan yalnız qabiliyyətinə uyğun işlər gördükdə möcüzələr yarada bilir. Bu gerçəkliyi həm valideynlər, həm də müəllimlər qəbul etsələr, bir yerdə əməkdaşlıq etsələr şagirdlərin peşə seçimini yaxşılaşdırmaq mümkündür”.

Continue Reading

Previous: Qubadlıda yük maşını aşdı – Xəsarət alan var
Next: Ayxan Hacızadə: Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir

Bölmənin digər xəbərləri

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB
  • Dünya

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub
  • Cəmiyyət

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər
  • Dünya

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026

Top 7 Xəbər

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 1

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 2

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 3

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026
ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 4

ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib

24 Yanvar, 2026
Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 5

Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb

24 Yanvar, 2026
Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək 6

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək

24 Yanvar, 2026
Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib 7

Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib

24 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8744) Dünya (3145) Gündəm (10933) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (560)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 24 Yanvar, 2026
  • 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 24 Yanvar, 2026
  • Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 24 Yanvar, 2026
  • ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 24 Yanvar, 2026
  • Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 24 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.